• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Konstruktordan Pompey yaratdı – FOTOLAR

  • Maraqlı
  • 30 Yanvar 2015 15:50
  • 439 Baxış
Konstruktordan Pompey yaratdı – FOTOLAR

Avstriyalı Rayn MakNayt təxminən üç həftəyə Lego konstruktorundan qədim Roma şəhərindən Pompey şəhərinin maketini hazırlayıb.

Publika.az xəbər verir ki, Brikmen (ingiliscə "brick" kərpic deməkdir) adlandırılan kişinin hazırladığı model Sidney Universitetinin muzeyində sərgiyə çıxarılacaq.

"Pompey"in hazırlanmasına 190 min detal sərf edilib. Qədim Roma tarixini öyrənən tələbələr isə məsləhətçi qismində çıxış ediblər.

Bu, MakNaytın ilk böyük işi deyil, daha əvvəl Sidney Universitetinin sifarişi ilə o, Lego konstruktorundan Afina Akropolunun və Roma Kolizeyinin modelini hazırlayıb.

Qeyd edək ki, əvvəllər də dünyada Pompey şəhərinin bir neçə belə modeli hazırlanaraq sərgiyə qoyulub. Məsələn, şərab şüşələrinin tıxaclarından ibarət belə model Londonun Con Soun muzeyində saxlanılır. Neapolun milli muzeyində saxlanan model isə dünyada ən qədim maketlərdən sayılır. O, 1870-ci illərdə hazırlanıb.

Pompey şəhərinin modelləri bizim eranın 79-cu ildəki vəziyyətinə əsaslanır. Elə həmin il, avqustun 24-də Vezuvi vulkanının püskürməsi nəticəsində 20 min nəfər sakini olan şəhər məhv olub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR