• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Çiçəkli kişilərin qəbiləsi - FOTOLAR

  • Maraqlı
  • 30 Yanvar 2015 16:33
  • 568 Baxış
Çiçəkli kişilərin qəbiləsi - FOTOLAR

Yəmənlə Səudiyyə Ərəbistanın qonşuluğunda yerləşən Habala dağında yaşayan qəbilə, əslində, heç bir dövlətin qayda-qanunlarına tabe deyil. Qəbilə üzvləri daha çox özünün sərt tayfa qanunları ilə yaşayır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Çiçəkli kişilər" kimi tanınan qəbilə üzvləri qədim Tihama və Asir tayfalarının əcdadlarının törəməsidir. Qəbilə üzvləri arasında çiçək və bitkilərdən çələng hazırlamaq ənənəsi 2 min ildir davam edir. "Çiçəkli kişilər"lə bağlı reportaj hazırlayan fotoqraf Lafforq deyib: "Əvvəllər onların kəndinə xaricilər daxil ola bilməzdi. Təpə üzərində yerləşən bu kəndə getmək üçün kəndirdən istifadə olunardı".

1990-cı ildən etibarən Səudiyyə Ərəbistanı ölkədə turizmin inkişafı ilə əlaqədar kəndə getmək üçün kanatlı yol çəkdirir və turistlərin yaşaması üçün otel tikdirir.

Buna baxmayaraq, "Çiçəkli kişilərin" yaşadığı kənddə nəinki xaricilər, heç Səudiyyə Ərəbistanından olan şəxslər də yaxşı qarşılanmır.

Kənddə yaşayan kişilər gül çələngini həm gözəllik, həm də sağlamlıq baxımından istifadə edirlər. Ümumiyyətlə, qəbilə üzvləri xəstələnəndə belə, bitkidən istifadə edir.

Lafforq deyib: "Kişilər hər gün dağdan yığılmış yasəmən və reyhan bitkilərindən çələng hazırlayır və bunu başlarına qoyurlar".

Fotoqraf restorana gedərkən orada bir neçə kişi tərəfindən bıçaqla hədələnib. Polis isə Lafforqa xəbərdarlıq edib ki, həqiqətən də, bu insanlar zorakılığa meyillidirlər.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR