Bilgi.az
Göyçə gölünün yeni şəkilləri yayıldı (FOTO)
XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri göllərdən biri olan Göyçə gölünün qış mənzərəsi yayılıb. Nə qədər ağrıdıcı olsa da o yerləri tanıyanlar, hətta tanımayanlar Göyçə adlı bir mahalın genetik düşüncəsini duymaq üçün bu şəkillərə baxmalıdır.
ANS PRESS-in verdiyi məlumata görə, dəniz səviyyəsindən 1926 metr
yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olan Göyçə gölünün səthi
1400 kvadrat kilometrdir. Göyçə gölündə olan forel balığının dadını
onun ətrafında 1988-ci ilədək yaşayan azərbaycanlılar yaxşı
bilir.
Xatırladaq ki, Göyçə mahalı Göyçə gölünün sahilləri boyu geniş bir
ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə
qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının
tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR
rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon
arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı
Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.
Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox
əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və
balıqçılıqla məşğul olub. Göyçə Azərbaycan aşıq sənətinin
beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və
mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq
Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş
edib.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kvadrat kilometr olub. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur, Göyçə, Şərur, Dərəyələz, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana verib.
"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə
gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə
gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların
qədim yaddaşının və mədəniyyətinin izidir.
Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladır.
Göyçə mahalı Basarkeçər, Çəmbərək, Aşağıqaranlıq, Kəvər kimi
bölgələri əhatə edib.
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO