Bilgi.az
Kişi öz yasında ağladı
Çində yaşayan 45 yaşlı kişi gün ərzində 2 qutu siqaret çəkdiyi üçün ürək çatışmazlığından vəfat edib. Hər halda, həkimlərin sözlərinə görə o vəfat edib. Lakin həkimlər də səhvə yol verə bilir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kişinin yasında dostları və yaxınları mərhumun ayılaraq ağladığına şahid olublar.
Hadisə isə belə olub. Qo Lyu adlı çinli kişi yoldaşlarının əhatəsində olarkən yerə düşən siqareti qaldırmaq üçün əyilib və huşunu itirib. Onun dostu deyib: "Biz əylənirdik, içirdik. Lyu da siqaret çəkirdi. Qəfildən o, əlindən düşən siqareti qaldırmaq üçün əyildi və özü də asfalta yıxıldı. Biz elə bildik ki, o zarafat edir. Lakin onun vəziyyətinin həqiqətən pis olduğunu gördükdən sonra təcili tibbi yardım çağırdıq".
Xəstəxanada isə Qo Lyuya "güclü beyin qanaxması" diaqnozu qoyuldu. Həkimlər kişinin yaşama ehtimalının 5 faiz olduğunu dedi. Siqaret həvəskarı Lyu xəstəxanada 3 ay qaldıqdan sonra həkimlər onun həyat yoldaşına kişinin öldüyünü deyib. Sonradan isə həkimlərin səhvə yol verməsi məlum olub.
Lyu öz yas mərasimində qəfildən xırıldayaraq ağlamağa başlayıb. Kişini dərhal xəstəxanaya aparıblar. Həkimlər onun qeydinə gecə-gündüz qalsa da, Qo Lyunun normal həyata qayıtma ehtimalı sual altındadır.
Nura
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər