Əllidən çox qadınla münasibətdə olan prezident – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Əllidən çox qadınla münasibətdə olan prezident – FOTOLAR

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan aktrisa Merilin Monro da daxil olmaqla 50-dən çox aktrisanı özünə məftun edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, fevralın 14-də "Sevgi üçbucağı: Ronald Reyqan, Ceyn Vayman və Nensi Devis" adlı qalmaqallı avtobioqrafik kitab nəşr olunacaq.

Bioqrafiyada qeyd olunur ki, prezident Reyqan aktyor olduğu illərdə 50-dən çox Hollivud aktrisası ilə sevgi münasibətində olub. Qeyd edək ki, Reyqan prezident olmaqla yanaşı, aktyor və radio aparıcısı kimi də tanınıb. Kitabın müəllifi Darvin Porter bildirir ki, qadınlar prezidentə məftun idilər və onu "yaxşı oğlan" kimi qələmə verirdilər.

1981-1989-cu illərdə ABŞ prezidenti olan Reyqan 1940-cı ildə aktrisa Ceyn Vaymanla ailə həyatı qurub. Lakin Reyqan heç zaman arvadına sadiq olmayıb. Onlar 1948-ci ildə boşandıqdan sonra Reyqan aktrisa Merilin Monro ilə sevgi münasibətində olub.

Soyuq müharibə illərində ABŞ prezidenti olan Ronald Reyqan 93 yaşında "Altshaymer" xəstəliyindən vəfat edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm