• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Diktator qadınlarının intim həyatı – GECƏ ƏYLƏNCƏLƏRİ

  • Maraqlı
  • 4 Fevral 2015 14:13
  • 3 402 Baxış
Diktator qadınlarının intim həyatı – GECƏ ƏYLƏNCƏLƏRİ

Hakimiyyət zirvəsinə ucalmaq, bunun üçün ən qəddar üsullardan belə yararlanmaq, beləcə ölkənin idarəçilik sükanını ələ keçirmək dünyanın bütün anti-demokrat rəhbərlərinin, o cümlədən diktatorların həyatının əsas prioriteti olub. Bütün bunlar onların siyasi fəaliyyətlərinin görünən, məlum olan tərəfləridir. Lakin diktatorların şəxsi həyatlarının görünməyən, illərlə gizli saxlanılan hissəsi də var – onların sevgililəri, intim həyatları. Publika.az dünyanın ən məşhur diktatorlarının şəxsi həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.

SSRİ-nin bəxtsiz "pervıy ledi"si

SSRİ-nin ən uzunömürlü rəhbəri, 1924-cü ildən 1953-cü ilədək dünyanın bir nömrəli kommunisti olmuş İosif Stalin yeniyetmə, gənclik illərində qadınlara o qədər maraq göstərməsə də, bu fikirləri diktatorun həyatının sonrakı illəri barədə söyləmək olmur. Stalinin birinci həyat yoldaşı Yekaterina (Kato) Svanidze əri ilə az-az görüşürdü. Düzdür, onların bir-birlərini çox sevdikləri deyilir. Amma Stalinin başı siyasi məsələlərə qarışmışdı. Bir-birlərini sevən gənclər evlənsələr də, bu ailə həyatı o qədər də uzun sürmədi. Yekaterina ağır xəstəlikdən dünyasını dəyişdi. Stalinin bioqraflarının sözlərinə görə, "Koba" birinci arvadının tabutu məzara qoyulanda qəbrin içinə tullanaraq hönkürüb. Onu məzardan çətinliklə çıxarıblar. Bu, "Koba"nın birinci arvadına sevgisinin göstəricisi idi.

Bir neçə il sonra – 1917-ci ildə Sibir sürgünündən qayıdan Stalinlə 16 yaşlı Nadejda Alliluyeva arasındakı sevgi macərası evlilik həyatına gətirib çıxardı. Lakin çox keçmədən Stalinin ikinci həyat yoldaşına olan marağı və sevgisi öldü. SSRİ rəhbəri həyat yoldaşıyla az maraqlanır, ona çox diqqət ayırmırdı. 15 illik ailə həyatından sonra Nadejda ərinin onun yanında başqa qadınlara söz atmasına, əylənməsinə dözməyib, özünü öldürdü. O, SSRİ-nin birinci qadını olsa da, bədbəxt idi və xoşbəxtliyini onunla maraqlanmayan Stalindən ayrılmaqda görürdü.

Yeri gəlmişkən, Stalinin qadınlarla əlaqələri olduqca məxfi saxlanılırdı. İddiaya görə, axşam məclislərinə gətirilən gözəlçələrlə əyləncələr gecə saat 4-ə, hətta 5-ə qədər davam edirmiş. Yuxulu əlaltlarından birinin "Yoldaş Stalin, siz qocasınız, çox gecdir, bəlkə, dincələsiniz" deyə məsləhət görməsi ona həyatı hesabına başa gəlib. Bir çoxları iddia edir ki, SSRİ rəhbəri xoşuna gələn qadınlarla təklikdə görüşürmüş. Dünyanın bir nömrəli kommunistinin sonuncu dəfə vurulduğu gözəl qadın opera müğənnisi Vera Aleksandrovna Davidovna Stalinin evlilik təklifini rədd etməsindən sonra İosif Vissarionoviçin qadınlarla əlaqəsi bir qədər azalıb.

Saysız-hesabsız intim əlaqələr, redaksiyada görüş

Dünyanın ilk faşist diktaturasının banisi, İtaliya diktatoru Benito Mussolini gəncliyində xeyli qadınlarla intim əlaqələrdə olmuşdu. Lakin bütün bunlar sözsüz ki, təsadüfi görüşlər, bir neçə dəqiqəlik "romantik" anlar idi. Çılğın, macərapərəst Benitonun qadınlarla intim münasibətləri Marqarita Çarfatinin onun həyat yoluna çıxmasına qədər davam etdi. Qəribədir ki, Mussolinin tərəfdarı və sevgilisi olan jurnalist qadın diktatordan 3 yaş böyük idi. Gələcək sevgililərin ilk görüşləri "Avanti" qəzetinin redaksiyasında baş tutmuşdu. 29 yaşlı Benito 32 yaşlı Marqarita ilə uzun müddət ünsiyyətdə oldular. Bundan sonra onlar arasında sevgi macərası başlandı. Yeri gəlmişkən, Benitonun populyarlaşmasında və təkcə İtaliyada deyil, bütün dünyada tanınmasında Çarfatinin dünyanın 19 dilində nəşr edilmiş "Mussolinin həyatı" kitabı misilsiz rol oynamışdı. Marqatira Çarfatinin sevgisi hədsiz olsa da, etibarsız və çılğın Benito buna layiq deyildi. Mussolininin sevgilisinə qarşı vəfasızlığı Marqaritanın xarakterində dərin izlər buraxdı, qadın xeyli əsəbi və kobud olmuşdu. Marqaritanın Mussoliniyə 1000 məktub yazması da qadının ona bağlılığını sübut edirdi.

Lakin Mussolini üçün sevgidə, intim həyatda etibar, sədaqət yox, macəralar, gənc qadınlar əsas rol oynayırdı. Hələ 34 yaşında Dalserlə evlənən İtaliyanın gələcək duçesi bir neçə ay sonra əvvəlki sevgilisi Rakel Qvidinin yanına qayıdıb onunla ailə qurdu.

Sevgidə, intim həyatda Mussolini üçün əsas şərt qadınların gənc və gözəl olmaları idi. Buna görə də o, həyatının sonlarına qədər bir neçə qadın dəyişdi.

Onun sonuncu sevgilisi Klara Petaççi Mussolinidən 32, Benitonu həddən artıq sevən Marqaritadan isə 35 yaş kiçik idi. Klara Petaççi Mussolininin qarşısında açıq-saçıq geyinməsi, intim söhbətlər etməsi ilə seçilirdi. Ehtiraslı Benito əvvəlki qadınlarında axtardığını gənc, seksual Klarada tapmışdı.

Marqarita dünyalar qədər sevdiyi Benitonu onu atmasının səbəbkarlarından biri kimi Klaranı görürdü. O, gənc və cazibədar rəqibi ilə gərgin söhbətində Klaranı "Sən bir gün Milan meydanında fahişə kimi asılacaqsan" qarğışı ilə sancdı. Nə qədər qəribə olsa da, keçmiş sevgilinin qarğışı gənc rəqibini elə Milan meydanında tutdu. Klara Petaççi Mussolini ilə birlikdə 1945-ci ilin aprelində həmin şəhərdə, həmin yerdə asıldı.

Almaniyanın birinci xanımının bir gecəlik kəbini

İtalyan müttəfiqindən fərqli olaraq Almaniyanın diktatoru Adolf Hitlerin ehtirası qadınlara yox, daha çox hakimiyyətə bağlı idi. Hitler romalı dostundan başqa cəhəti ilə də fərqlənirdi: o, qadınları çox gözəl hipnoz edə bilirdi. Elə buna görəydi ki, Adolfu sevən qadınlardan biri intihara cəhd edib, həyatını itirdi. Hitlerin sonuncu gənc sevgilisi və 1 günlük arvadı Yeva Braun isə öz sevgilisinə sadiqliyini sübut etmək üçün düz iki dəfə intihara cəhd göstərdi.

Onlar 1929-cu ildə tanış olmuşdular. Həmin vaxt Hitlerin 40, Yevanın isə cəmi 17 yaşı vardı. Əvvəlki sevgilisini atıb, özündən 23 yaş kiçik qadına meyil edən Hitler heç Brauna da gələcək həyat yoldaşı kimi yanaşmırdı. Almaniyada çoxları kimi Adolf da Yevanı yüngülbeyinli qadın kimi qəbul edirdi. Bununla belə, Hitler tanışlıqlarından 4 il sonra ona görə canına qəsd etmiş qadının sevgisini yüksək qiymətləndirdi. Hətta ona ev də hədiyyə etdi.

Hitlerlə Yeva Braunun arasında yaş fərqinin kəskin seçilməsinə baxmayaraq, onların intim əlaqələrində heç bir problem yox idi. Sevgililər müxtəlif səbəblər üzündən bir müddət bir-birlərindən ayrılmalı olurdular. Dünyanın ən qanlı savaşı sayılan uğursuz Stalinqrad savaşından sonra Hitlerin sol əli əsməyə başlamış, sifətində qırmızı ləkələr peyda olmuşdu, gözləri zəifləmişdi. Bu səbəbdən şəxsi həkimi, inandığı yeganə tibb işçisi Morel ona kişilik qüdrətini artıran dərmanlar verirdi. Adolf Yeva ilə görüşlərində həmin dərmanlardan istifadə edirdi. Bizim indi telekanallarda, habelə bir sıra saytlarda Hitlerin həyatı, onun şəxsi evi barədə izlədiyimiz videoğörüntüləri bir vaxtlar sarışın, daim gülərüz Yeva Braun çəkib.

Çılğınlığı ilə seçilən Yeva Braun daim gimnastika ilə məşğul olur, hovuzda, şəlalələrdə çılpaq çimirdi. Onun paltarsız çimərlik fotoları, habelə digər macəralarından Hitlerin də xəbəri vardı.

Yeva Braun 1945-ci ilin aprelində - faşist Almaniyasının iflasına bir neçə gün qalmış yenidən Hitlerin yanında göründü. Sarışın və yüngülbeyin qadını xoşlamayan nasist partiyasının rəhbərliyi "Ölüm mələyinin gəlişi yaxşı heç nə vəd etmir" deyə Yevanın bu gəlişinin nasistlərin iflasının yaxınlaşması kimi qələmə verdilər.

Sevgililər uzun illər bir yerdə olsalar da, yalnız ölümlərindən bir neçə saat əvvəl, sovet ordusunun gülləbaranlarının, atəş səslərinin daha da yaxınlaşdığı saatlarda toy etdilər.

Bir neçə günlük sevgililər, divarın o tayındakı qadınlar

İspan diktatoru Fransisko Franko yeniyetməlik və gənclik illərində bir neçə qıza eşq elan edərək, onlarla ailə həyatı quracağını söz vermişdi. Lakin bütün bunlar intim sərgüzəştlərə, sevgi macəralarına meyl göstərən hərbçi Frankonun ötəri hissləri, həvəsi idi. İspan diktatorunun qadınlarla intim macəralarının ömrü bir neçə həftə, görüşdüyü qızlarla sevgi macərasının ömrü isə bir neçə gün olurdu. Ömrünün orta yaşlarında hakimiyyət karyerasının zirvəsinə ucalan Frankonun qadınlarla intim əlaqələri olduqca məxfi saxlanılırdı. Deyilənə görə, onun həyat yoldaşı Karmen Polonun bütün bunlarda xəbəri vardı. Karmen Franko üçün təkcə adi sevgili deyildi, həm də etibarlı həyat yoldaşı, məsləhətçi, müşavir idi. O, ərinin bütün şıltaqlıqlarına dözür, qəbul edirdi.

Qeyd edək ki, bütün bunlar diktatorların intim həyatı ilə bağlı olan məlumatların qısa hissəsidir. Əsl həqiqət isə daha böyük və genişdir. Məsələ burasındadır ki, bəzi diktatorlar intim həyatları ilə bağlı sirlərini özləri ilə qəbir evinə aparıblar. Hakimiyyətdən devrilən bir sıra diktatorların, o cümlədən Liviya lideri Qəddafinin, İraq rəhbəri Səddam Hüseynin intim görüşləri ilə bağlı həqiqətlər isə yaxın vaxtlarda üzə çıxıb.

Lakin son vaxtlar xarici KİV-lər bununla bağlı geniş yazılar dərc etdiklərindən bununla bağlı təkrarçılığa yol vermək istəmirik. Yalnız bir neçə maraqlı məqamı qeyd etmək yerinə düşər. Məsələn, Qəddafi rus gözəlçələri ilə bir neçə saatlıq intim görüşlərini arvadlarının qaldığı otaqlardan cəmi bir neçə yüz metr kənardakı ziyafət evində təşkil edirdi. Üstəlik, Liviya diktatoru özündən 18-20 yaş kiçik qadınlarla yatağa girirdi. Onun sonuncu arvadı Safiyə Farkas əvvəllər ərinin şorgözlüyünə ciddi reaksiya versə də, əbəs yerə hay-küy salmağın faydasız olduğunu sonradan başa düşdü.

İraq lideri Səddam Hüseyn isə orta yaşlarında intim əlaqələrinin sayını itirmişdi. Lakin buna baxmayaraq, həyat yoldaşı Sacidə Taifəyə də kifayət qədər vaxt ayırırdı. Bağdadın sahibi macərası yaşadığı qadınlara zinət əşyaları hədiyyə edirdi. Yeri gəlmişkən, İraq rəhbərinin qadın gözəlliyi qarşısında əridiyini görən pornoulduzlardan biri müharibəni dayandırmaq üçün Səddama intim əlaqə təklif etmişdi.

Diktatorun arvadı da bu barədə xəbərsiz deyildi. Səddama qədərki, habelə ondan sonrakı həyatını klassik şərq üslubunda quran Sacidə ərinin sevgi macəralarının qarşısını almaq üçün müxtəlif vasitələrdən yararlansa da, həyat yoldaşının "sağa-sola" getməsini tərgitdirə bilmirdi. Elə buna görə də qadın əsas diqqətini övladlarına yönəltmişdi.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR