• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Həbs düşərgəsində yaşayan qadından dəhşətli faktlar – FOTOLAR

  • Maraqlı
  • 6 Fevral 2015 11:45
  • 947 Baxış
Həbs düşərgəsində yaşayan qadından dəhşətli faktlar – FOTOLAR

Şimali Koreya, bəlkə də, dünyanın ən təcrid olunmuş ölkəsidir. Oradan sızan hər bir xəbər dünya mətbuatında rezonans yaradır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasında islah əmək düşərgəsində saxlanılan qadın azadlığa çıxdıqdan sonra ölkə haqqında dəhşətli faktlar açıb.

Ji-hyun Parkın sözlərinə görə, o, acından ölməmək üçün Şimali Koreyadan Çinə qaçıb. Çindən deportasiya ediləndən sonra qadın həbs olunaraq ölkəsinin ən məşhur həbs düşərgəsinə salınıb. Park orada 1 il qalmalı olub.

Həbsxanadan çıxdıqdan sonra qadın sirli ölkənin daxilində baş verən bəzi həqiqətləri açıqlayaraq deyib: "Orada baş verənlər, həqiqətən, sözlə deyiləsi deyil. Demək olar ki, bütün Şimali Koreya yalnız bir insanın əlindədir. Bütün insanlar acdır. Hətta ölkədə siçovul, ilan və yabanı bitən bitkilərə də rast gəlmək olmur. Çünki insanlar acından ölməməkçün onları yeyirlər".

Ji-hyun ölkəsində baş verənlər barədə Beynəlxalq Aministiyanın "Digər müsahibə" adlı qısametrajlı filmində danışıb.

Qadının sözlərinə görə, 1990-cı ildə ölkədə başlanan aclıq zamanı ölkədən qaçan ilk insanlardan biri olub. Aclıqdan isə düz 4 milyon nəfər tələf olub.

O deyib: "Bir çoxları 1996-1998-ci illərdə dünyasını dəyişdi. Dəmir yolu platformaları insan meyitləri ilə örtülmüşdü".

Ji-hyun sağ qalmaq üçün ölüm ayağında olan atasını tərk edərək bacısı ilə Çinə açıb. Ata özü belə məsləhət görüb. Park atasını bir kasa düyü ilə soyuq otaqda qoyaraq, ölkəni tərk edib. Lakin tezliklə hüquq mühafizəçiləri onu taparaq geriyə Şimali Koreyaya göndəriblər. Ölkədən qaçdığı üçün o, cəza kimi ağır işə cəlb edilib. Dustaqlar həbsxanada nəzarətçilərə "müəllim" deyərək müraciət edirmişlər.

Park deyib: "Biz heyvandan da çox işlədilirdik. İş saatımız səhər tezdən – 4:30-da başlayırdı. Heç səhər yeməyimizi yeyə bilmirdik. Yayda günlər uzun olduğundan, axşam saat 9-a kimi işləyirdik. Yalnız qaranlıq düşdükdən sonra işimizi dayandırırdıq. Orada isə gün birmək bilmirdi. Yemək yedikdən sonra günlük tamaşamızı göstərirdik, İşçi Partiyasının prinsiplərini və mahnılarını öyrənirdik".

Acından ölməmək üçün qadın yerdən çiy və yuyulmamış kartofları yığıb yeyirmiş. Bu azmış kimi, məhbuslar heyvan nəcisindən toxumları yığaraq yeyirdilər. Çox zaman onlar it və inəklərin qabağından qalan yeməklərlə də qidalanırdılar.

Ji-hyun dedi: "Biz torpağı əlimizlə təmizləyirdik. Dörd qadın inək arabasını daşıyırdı. İkisi arabanın önündə, ikisi isə arxasında idi. Biz heyvan kimi qaçaraq, arabanı daşımalı idik".

Park indiyədək yalnız bir şeyə görə təəssüf edir. O deyib: "Həyatımda ən pis məqam ölüm ayağında olan və köməksiz qalan atamı tərk etməyim oldu. Mən onun yanında olmaq əvəzinə, səfeh uşaqlar kimi öz canımı qurtarmaq üçün qaçdım".

Park Şimali Koreyaya deportasiya edildikdən sonra hüquq mühafizə orqanlarının üzvü onu kişilərə satmağa cəhd edib. Ji-hyun deyib: "Sanki heyvan kimi satışa çıxarılmışdım. Mənə qoyulan qiymət 5 min yuan (700 dollar – red.) idi. Satıldıqdan sonra sən həmin kişinin əsirinə çevrilərək, onun dediklərini yerinə yetirməli idin. Əks halda, sənin haqda hüquq mühafizə orqanlarına məruzə edərək, ölüm hökmü çıxara bilərdilər. Şimali Koreyada insanlar bax beləcə zorla evləndirilirlər".

Park satıldığı kişidən hamilə qalıb. O, həbs düşərgəsində oğlunu dünyaya gətirərək, ona "dəmir" mənası verən Çol adını qoyub. Oğlunun dəmir kimi güclü olmasını istəyib. Lakin sonradan Çol anasının əlindən alınıb.

Həbs düşərgəsindən azad edildikdən sonra qadın Çinə qayıdıb. Park orada oğlu ilə yenidən görüşüb. Yenidən həbs həyatı yaşamamaq üçün Park oğlu ilə birgə qaçmalı olub. Park Monqolustana keçməyə cəhd edib. Ji-hyun Çindən Monqolustana keçməkdə ona yardım edən insana aşiq olub. Hazırda isə onlar İngiltərəyə köçüb, orada evlənməyə hazırlaşırlar.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR