• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gürcülər Stalini Qaxda saxlayırlar - FOTO

  • Maraqlı
  • 6 Fevral 2015 13:39
  • 711 Baxış
Gürcülər Stalini Qaxda saxlayırlar - FOTO

SSRİ-nin ən qanlı diktatoru İosif Vissarionoviç Stalinin (Cuqaşvili) ittifaq respublikalarının ayrı-ayrı şəhər və rayonlarındakı heykəllərinin bir qismi, büstləri onun vəfatından sonra, bir qismi isə Sovet Sosialist Respublikaları İttiqafının dağıladan sonra götürüldü. Hətta bəzi yerlərdə diktatorun heykəlləri dağıdılıb təhqir edildi. Qəribə də olsa, Stalinin bəzi ölkələrdə ayrı-ayrı yaşayış məskənlərindəki heykəlləri qalmaqdadır.

Qax rayonun Əlibəyli kəndində Stalinin heykəli hələ də qalmaqdadır. Kənd sakinlərinin Publika.az-a verdikləri məlumata görə qaxlılar SSRİ rəhbəri olmuş İosif Vissarionoviçin hündürlüyü bir neçə metr olan heykəlinin burada qalmasına tərəfdardırlar. Əlibəyli kəndinin sakini, keçmiş bələdiyyə sədri Qela Sukaşvili bildirdi ki, diktatorun heykəli kəndin Mədəniyyət Evinin binası qarşısında əvvəlki kimi qalmaqdadır: "Stalinin heykəli kəndimizdə sovet dövründə ucaldılmışdı. Elə o vaxtdan indiyə kimi burada qalmaqdadır. Son 15-20 ildə heykələ yaxın gedən, maraqlanan olmayıb. Ona görə də abidə yuyulub təmizlənmir".

Əlibəyli kənd sakini bildirdi ki, Stalinin anadan olmasınını və ya vəfat etməsinin ildönümlərində diktatorun xatirəsinə ehtiramını ifadə edən, o cümlədən heykəlin qarşısına gül qoyan olmur:

"Stalinin heykəlinin buradan götürülməsi ilə bağlı hər hansı təklif irəli sürülməyib. Düzdür, bir ara dedilər ki, abidənin ucaldıldığı yerdə, Mədəniyyət Evinin binası qarşısında nəsə tikiləcək. Amma bu da olmadı. İndiyədək kənd sakinlərinin heykələ qarşı hər hansı alçaldıcı, təhqiramiz davranışına rast gəlməmişəm".

Yeri gəlmişkən qeyd edək ki, Qaxın Əlibəyli kəndinin sakinlərinin böyük qismi gürcülərdir.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR