Sağlamlıq durumunu qiymətləndirmək üçün selfi-video
Bizi izləyin

Bilgi.az

Sağlamlıq durumunu qiymətləndirmək üçün selfi-video

Roçester Universitetinin mütəxəssisləri sağlamlıq durumunu qiymətləndirmək üçün selfi-video proqramından faydalanmağı təklif ediblər.

Qeyri-adi əlavə insanın zahiri görüşündəki dəyişikliklərin köməyi ilə onun fəallığı haqqında məlumat toplayır. Təhlilin yekunu sosial şəbəkə istifadəçilərinin sağlamlığı haqqında məlumatdır.

Belə "müayinə" üçün xüsusi anketlər və həkimlərin daim sorğuya tutulması tələb olunmur. Əlavə, insanın iştirak etdiyi videoda olan məlumatı müstəqil qiymətləndirir. Proqram sifətin rənginə və digər zahiri əlamətlərə görə hərarəti və ürək çırpıntısının tezliyini müəyyən edir. Xüsusi mexanizmlər istifadəçinin psixiki və fiziki vəziyyətini qiymətləndirir.

iPhone üçün yeni əlavə insanın sağlamlıq durumuna real vaxt rejimində nəzarət edir. Bu əlavə hələlik selfi-videolardan ibarət kolleksiyası olan 27 könüllü üzərində sınaqdan keçirilib.

Proqram insanların müsbət, mənfi və neytral emosiyalarını dürüst müəyyən edib. İndi alimlər əlavəni kədər, təəccüb və sevinc kimi emosiyalara uyğunlaşdırmaq istəyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm