Qoyun otarırdı, 8 kiloqramlıq qızıl tapdı
Bizi izləyin

Bilgi.az

Qoyun otarırdı, 8 kiloqramlıq qızıl tapdı

Çinin Uyğur Özərk bölgəsində yaşayan bir çoban 7.85 kiloqram ağırlığında qızıl külçə tapıb.

Publika.az-ın məlumatına görə, Bərək Savut adlı çoban heyvanlarını otararkən 7.85 kiloqram ağırlığında xam qızıl tapıb.

Sarı rəngli, 8 kiloqram ağırlığı, 23 sm uzunluğu, 8 sm hündürlüyü, 18 sm eni olan qızıl külçəni zərgərə aparan Savut külçənin 80%-nin saf qızıl olduğunu öyrənib. Tapdığı külçənin 255 min dollar dəyəri olduğunu öyrənəndə isə böyük şok yaşayıb.

Çin qanunlarına görə, qızıl külçə və digər bu kimi şeylər onları tapanlara məxsusdur. Ən maraqlısı isə çinli çobanın itməsidir. Varlanan çobanı heç kim tapa bilmir...

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm