• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Diş məcunu haqqında maraqlı faktlar

  • Maraqlı
  • 9 Fevral 2015 10:51
  • 2 221 Baxış
Diş məcunu haqqında maraqlı faktlar

Ta qədim zamanlardan insanlar ağız gigiyenasının qeydinə qalaraq dişlərini xüsusi çubuq və vasitələrlə təmizləyiblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ilk diş məcununa eramızdan əvvəl IV əsrdə yazılmış Misir əlyazmalarında rast gəlinib.

Diş məcunu qismində insanlar hansı vasitələrdən istifadə etməyiblər ki?! Hər dövrün özünün resepti varmış. Diş məcunun resepti çox vaxt din xadimləri tərəfindən hazırlanıb. Çünki insanların müalicəsi ilə onlar məşğul olub.

Qədim Misirdə nəfəsin təravətlənməsi üçün nanə, gül, döymə duz və istiot qarışığından istifadə olunardı. Və ya qədim misirlilər qatranla mirra çeynəyərdilər. Onlar həmçinin narın doğranmış süngər daşıyla sirkə qarışığını dişlərinə sürtərdilər.

Eramızın I əsrində yunan və romalılar diş pastası kimi tısbağa qanı və yandırılmış siçan külü ilə təmizləyərdilər.

Bir neçə əsr bundan qabaq farslar maral buynuzu, ilbiz qını və gipsdən hazırlanan tozdan diş pastası kimi istifadə edərdilər.

I Pyotra qədər qədim Rusiyada insanların dişlərini təmizləməmələri deyilir. Daha dəqiq desək, Pyotra qədər insanlar palıddan düzəldilən diş çubuqlarından istifadə ediblər. Deyilənə görə, Rusiyada diş məcunu I Pyotr vəhşi boyarları ağız boşluğunu üyüdülmüş tabaşirlə yumağa vadar etdikdən sonra yaranıb.

Lakin qədim zamanlarda Rusiyada insanlar dişlərin sağlamlığı üçün arı şanı, meyvə ağaclarının şirəsi, qara şam ağacı kömürü qarışığından hazırlanmış maddəni çeynəyərdilər.

XIX əsrdə imkanlı amerikalılar dişlərini diş tozu ilə yuyardılar. Onlar üyüdülmüş tabaşirə boraks kimyəvi maddəsi əlavə edərdilər.

1873-cü ildə "Colgate" şirkəti problemi həll etmək üçün bankalarda diş məcunu buraxdırmağa başladı. Lakin alıcılar bu diş məcunundan da məmnun qalmadılar.

Ən nəhayət, 1892-ci ildə stomatoloq Vaşinqton Şeffildin ağlına diş məcununu tübikin içinə yerləşdirmək gəldi və diş məcununun bu cür qablaşdırılması dəbə mindi. İkinci dünya müharibəsinə qədər diş məcunun tərkibində sabun olub. Sonradan isə onun tərkibinə digər maddələr əlavə edildi. Dişlərin emal qatını qoruyan ftorun əlavə edilməsi isə diş məcununun inkişafında yenilik oldu.

İstənilən diş məcununun əsasında abraziv (cilalayıcı) var. Məhz abraziv dişləri ərpdən qoruyur. Ən ucuz diş məcununun tərkibinə indiyədək üyüdülmüş tabaşir hesab olunan karbonat kalsium əlavə edilir. Tabaşir sərt abraziv olduğu üçün dişlərin emalı üçün ziyandır.

Müasir diş məcununun tərkibində hidrokarbonat natrium (soda) və silisium dioksid olur.

Diş məcununun əsas komponentlərindən biri də antibakterial maddələrdir. Ağız boşluğunda olan mikroorqanizmləri məhv etmək üçün diş məcunun tərkibinə xlorgeksin, metrogil, triklozan əlavə edilir.

Diş məcunu seçərkən onun tərkibindəki kalsiumun miqradına fikir vermək lazımdır. İş ondadır ki, karbonat kalsium həll olmur və emala təsir etmir. Qliserfosfat kalsium tərkibli diş məcunundan istifadə edilməsi daha məqsəduyğundur.

Bir çox diş məcunlarının tərkibində zəhər hesab olunan ftor kimyəvi elementi var. Lakin ftorun az miqdarda olması diş emalını minerallaşdırır. İnsan gün ərzində 2-3 milliqram ftoru içdiyi sudan alır. Bundan əlavə, ftor balıq, çay və almanın tərkibində də var.

"Theodent"in - ən bahalı diş pastasının qiyməti 100 dollardır. Çünki onun tərkibində ftora alternativ olan kakao dənəcikləri var.

ABŞ-da maraqlı diş məcunları icad olunur. Məsələn, ABŞ-da bekon dadı verən məcunlar var. Altı saat ərzində ağız boşluğundan bekon iyi gəlir. Bundan əlavə, spirtli içki və şampan iyi verən diş məcunları da mövcuddur.

Avropada dondurma, Filippində isə şokolad iyi verən diş məcunları var.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR