Nadir xəstəlik: o, həmişə 7 yaşındakı kimi qalacaq – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Nadir xəstəlik: o, həmişə 7 yaşındakı kimi qalacaq – FOTOLAR

Çində yaşayan Jen Yuşanın 19 yaşı olsa da, o, nadir xəstəlik ucbatından hər zaman uşaq olaraq qalacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yuşan 1994-cü ildə dünyaya gəlib. 7 yaşı olanda Yuşan inkişafdan qalıb. Həkimlər qızcığaza hipofiz vəzinin şişi diaqnozunu qoyublar. Qeyd edək ki, hipofiz vəzi insanın inkişafı üçün lazım olan cinsi yetişkənlik hormonlarını ifraz edir.

Nadir xəstəliyə görə, Yuşanın yaşı artsa da, o, hər zaman uşağa oxşayacaq. Qızın xəstəliyi valideynlərinin boşanmasına səbəb olub. Valideynlər qızlarını müalicə etmək üçün pul tapa bilmədiklərindən mübahisə ediblər. Nəticədə, bu, onların boşanmasına gətirib çıxarıb.

Jenq məktəbə getmək əvəzinə küçədə dilənçiliklə məşğul olub. Uşağa oxşadığı üçün yolda keçənlər ona yardım göstəriblər. Onun küçədə diləndiyini görən cütlük ondan müsahibə alıb. Bu zaman onlara məlum olub ki, Yuşenin 7 yox, 19 yaşı var. Ən pisi isə odur ki, 20 yaşa qədəm qoyan qız əqli cəhətdən də 5-6 yaşlı uşağı xatırladır.

Yuşenin ən böyük arzusu məktəbə getmək olub. Lakin heç bir məktəb onu görkəminə görə qəbul etməyib.

Həkim deyib: "Uşaqlarda hipofiz vəzinin şişinə nadir hallarda rast gəlinir. Bu xəstəlik hər 1000 nəfərdən birində aşkar edilir".

Həkim həmçinin Jenqin müalicəsi üçün də gec olduğunu deyir. Həkim deyib: "Onun sağalması və yetkinlik dövrünə çatması sümüklərinin inkişafından asılıdır. Əgər sümükləri 8-9 yaşlı uşağınkı kimidirsə, onda seks hormonları yarana bilər. Yox, əgər 14-15 yaşlı yeniyetmənin sümükləridirsə, o zaman Yuşen həmişə uşaq olaraq qalacaq".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm