Doğum evində uşaqlar səhv düşdü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Doğum evində uşaqlar səhv düşdü - FOTOLAR

İyirmi il bundan qabaq tibb işçisinin yol verdiyi səhvə görə, ailəyə 3 milyon dollar kompensasiya ödənilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa klinikalarının birində yenicə doğulan qız uşaqları eyni inkubatora qoyulub. Lakin səhlənkarlıq ucbatından uşaqlar valideynlərinə verilərkən səhv düşüb.

Həqiqət 10 il bundan qabaq qan analizindən sonra bəlli olub. Bununla belə, qızlar hələ də, bioloji olmayan valideynləri ilə yaşamaqda davam edib.

Məhkəmənin qərarı ilə xəstəxana qızların valideynlərinə 3 milyon dəyərində kompensasiya ödəməlidir.

Fransanın Kann klinikasında baş verən səhlənkarlığa görə, xəstəxana rəhbərliyi hər iki valideyndən üzr istəməli olub. Rəhbərliyin sözlərinə görə, uşaqların səhv düşməsi alkoqolizmdən əziyyət çəkən tibb bacısının səhvi ucbatından baş verib.

Hadisə isə belə olub. 1994-cü ildə Serrano soyadlı qadın övlad dünyaya gətirib. O, qızının adını Manon qoyub. Qız sarılıqdan əziyyət çəkdiyi üçün onu xəstəxanaya yerləşdiriblər. Maraqlısı odur ki, Manonu sarıqlıqdan əziyyət çəkən Melani adlı başqa bir qız uşağının inkubatoruna qoyublar.

Manon anasına qaytarılarkən, Serrano qızının dərisinin rəngini əvvəlkindən tünd görüb. Həkimlər isə qızının dərisinin tünd olmasını inkubator lampalarına görə olduğunu izah edib. Beləliklə də, qızlar valideynlərinin xəbəri olmadan dəyişik düşüb.

Böyüdükdən sonra Manon Serrano bioloji atasına bənzəmədiyi üçün tanışları ona "poçtalyonun qızı" deyərək onu lağa qoyub. Manonun 10 yaşı olduqdan sonra o, test analizindən keçib. Bundan sonra Manonun Serrano ailəsinə məxsus olmadığı aşkar edilib.

Məhkəmə prosesində Serrano ailəsi ictimaiyyətə özü haqda xəbər versə də, qızın səhv düşdüyü ikinci valideynlər məxfi qalmağa üstünlük verib. Manon Serrano məhkəmədə deyib: "Klinika mənə çox böyük ziyan vurub. Onlar mənim arzu, ümid və valideynlərimi oğurlayıb".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm