Dünyanın ən qoca modeli sevgi, ölümə hazırlıq və intim həyatını açıqlayıb – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qoca modeli sevgi, ölümə hazırlıq və intim həyatını açıqlayıb – FOTOLAR

Karmen Del Orafays dünyanın ən yaşlı modeli hesab olunur. Nyu-Yorkda boya-başa çatan 83 yaşlı model "New You" jurnalına çəkilərək, öz şəxsi həyatı haqda maraqlı açıqlamalar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Karmen ilk dəfə 15 yaşında "Vogue" jurnalının üz qabığında peyda olub. O vaxtdan etibarən Karmen 70 ildir ki, model kimi çalışır. İndi isə verdiyi müsahibəsində Karmen ölümə hazırlıqdan və hələ də sekslə məşğul olmasından danışıb.

O deyib: "Əlbəttə, hələ də, seks həyatım davam edir. Nəyə görə ondan imtina edim?"

Nyu-York şəhərində doğulan Karmenin valideynləri italyan və macardır. O, düz 3 dəfə ərdə olub, bir dəfə də nişanı qaytarıb. Hazırda bir daha sevgi həyatı yaşayan Karmen keçmiş sevgililərinin adını açıqlamaqdan imtina edib.

2011-ci ildə "The Telegraph" qəzetinə verdiyi müsahibəsində o deyib: "Hər zaman sevgilim olub. Nədən imtina etsəm də, heç zaman sevgidən imtina etmərəm".

Model kimi çalışdığı 70 il ərzində Karmen mükəmməl bədən formasını saxlamaqdadır. O, bu haqda deyib: "Mən iştaha ilə yeyirəm və kaloriləri saymıram. İstədiyim qədər yeyə bilərəm, çünki maddələr mübadiləsi yaxşı gedir".

Karmen ölüm haqqında da danışıb. O, daha çox 60-70 il birgə dostluq etdiyi 2 rəfiqəsinin ölümünə təəssüf edib. Karmen deyib: "Rəfiqələrim də məni ölümə hazırlayıb. Bir çox insanlar necə yaşamağı bilmədiklərindən ölməyin də təhərini bilmirlər. Onlar ölümdən daha çox qorxur və çaşqınlıq keçirirlər. Lakin bu, həyatın bir hissəsidir. Ona görə də mənim ölümüm mənim yolumdur".

Karmen bugünkü gündə fəaliyyət göstərən modellər haqqında da fikir bildirərək, onları "bədənlərini icarəyə verənlər" adlandırıb.

Karmen deyib: "Qısaca deyə bilərəm ki, onlar hər kəslə yatağa girirlər".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm