• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təbriz gözəlliklər şəhəri - FOTOLAR

  • Maraqlı
  • 12 Fevral 2015 16:38
  • 1 006 Baxış
Təbriz gözəlliklər şəhəri - FOTOLAR

Təbriz hal-hazırda İran İslam Respublikasının böyük şəhərlərindən biri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzidir. Təbriz şəhəri uzun müddət beynəlxalq karvan yollarının qovşağındayerləşməklə, sanki Avropa-Asiya ticarətini tənzim edib.

Xalçaçılıq mərkəzi kimi də böyük şöhrət qazanan Təbriz bir cox ilklərə imza atıb. Buna görə də , İranda bu şəhərə birincilər şəhəri deyilir. İlk çap evi, ilk asfalt salınan xiyaban, ilk telefon, ilk yeni məktəb və s...

Təbriz tarix boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) zəlzələlərə məruz qalıb. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası, Cümə məscid və Göy məsciddir.

Təbriz şəhərində "Azərbaycan", "Məşrutə", "Ölçü", "Şəhriyar" ,"Ustad Bohtuni", "Təbiət", "Bələdiyyə" adlı 8 böyük muzey fəaliyyət göstərir. Eyni zamanda, Ərk Qalası, Göy məscid, Təbriz Bazarı, Xəqani parkı, Şairlər məzarı, Gülüstan bağı, Bağlar bağı, Behman evi, Qarı körpüsü, Cümə məscidi, Nobar hamamı kimi tarixi abidələr də şəhərə xüsusi gözəllik verir. Bu gün Təbrizdə 7 Universitet, 2 böyük kitabxana var.

Azərbaycanın mədəni və siyasi tarixində silinməz izi olan Səttarxan, Bağırxan, Fərəh Pəhləvi, Şəms Təbrizi, Şeyx Məhəmməd Xiyabani, Əhməd Kəsrəvi, Səməd Behrəngi, Məhəmməd Hüseyn Şəhriyar və bir çox tarixi şəxsiyyətlər də Təbrizdə dünyaya göz açıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR