Pampersli və şirniquşlu oğru - FOTO
Bizi izləyin

Bilgi.az

Pampersli və şirniquşlu oğru - FOTO

Paraqvay polisinin həbs etdiyi Alberto Xulian Mezo, bəlkə də, dünyanın ən qəribə oğrusudur.

Bu şəxs Asansona şəhərində onlarla evi qarət edib. Lakin bir dəfə də olsun, nə soyuq, nə də odlu silahdan istifadə edib.

Qarət etmək üçün o, orijinal bir üsul tapıb.

25 yaşlı Alberto əyninə pampers geyib, əlində uşaqlar üçün şirniquş yalayaraq qapıları döyüb. Ev sahibləri bu gənci ağıldankəm hesab edərək içəri buraxıblar. Kimi mətbəxə keçib yemək hazırlayıb, kimi çay qoyub. Yəni "zavallını" isitmək, ona kömək etmək istəyiblər. Mətbəxdən qayıdanda isə görüblər ki, şirniquşlu gənc evi yığışdırıb aparıb.

Adətən, Alberto evdə görünən və tez aparıla biləcək nə zinət əşyası, texnika varsa, onu çırpışdırırmış.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm