Bilgi.az
Facebook istifadəçisi öldükdə...
Sosial media nəhəngi olan Feysbuk uzun müddətdir müzakirə edilən bir mövzu haqqında bütün suallara son qoyacaq yeni bir tətbiq təqdim edib.
Axar.az xəbər verir ki, Feysbuk istifadəçiləri bundan sonra təhlükəsizlik tənzimləmələrinə girərək "varisini" (legacy contact) müəyyənləşdirə biləcək. Bu varisə siz öldükdən sonra hesabınıza daxil olma icazəsi veriləcək.
Təyin olunan varis Feysbuk istifadəçisinin fotolarını və divarında olan bütün işarələmələri, mesajları arxivləşdirə biləcək. Bununla yanaşı varis ölən istifadəçinin adından son bir mesaj yaza biləcək, dostluq sorğularını idarə edəcək və profil fotosunu dəyişdirə biləcək.
Hələlik təkcə ABŞ-da
Varislər ölən istifadəçinin özəl mesajlarını görə bilməyəcək. Əgər Feysbukun öz tənzimləmələrindən bir varis təyin etməsəniz, rəsmi vəsiyyətinizlə "rəqəmsal varis"inizin kim olduğunu bildirməlisiniz. Əks təqdirdə hesabınız Feysbuk tərəfindən dondurulacaq. Varis müəyyənləşdirmə variantı dünəndən etibarən ABŞ istifadəçilərinə təqdim edilməyə başlanılıb. Yaxın vaxtlarda bu funksiyanı bütün Feysbuk istifadəçiləri tətbiq edə biləcəklər.
Feysbukda ölümünüzlə əlaqədar hər hansı əməliyyatı həyata keçirmək xoş olmayan bir şey olsa da, sosial media nəhəngi bu tətbiqi ilə son vaxtlar tez-tez gündəmə gələn "Öləndən sonra Feysbuk hesablarını hansı aqibət gözləyir?" sualına belə cavab vermiş oldu.
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu