23 saatlıq əməliyyatdan sağ çıxdı, körpələri xilas etdi - yüzilliyin ən təsirli FOTOLARI
Bizi izləyin

Bilgi.az

23 saatlıq əməliyyatdan sağ çıxdı, körpələri xilas etdi - yüzilliyin ən təsirli FOTOLARI

Həyatın elə anları var ki, ötüb keçsə də, xatirələrdən, yaddaşlardan silinmir. Belə anlar fotoqraflar tərəfindən də vaxtında lentə alındığından kameraların yaddaşına həkk olunur. Həmin fotolar insanlara daim müsbət dəyərlər aşılayır. Publika.az yüzilliyin ən təsirli anlarını əks etdirən maraqlı fotoları təqdim edir:

2 yaşlı Adjima Şel kosovalı qaçqınların saxlanıldığı düşərgədən nənəsi və babası tərəfindən valideynlərinə təhvil verilir.

Çinin Sıçuani şəhərində baş vermiş zəlzələ zamanı dünyalarını dəyişmiş ailə üzvlərinin albomlarını görən sakin bu dəhşətə dözməyərək qeyri-ixtiyari şəkildə qışqırıb. Fotoqraf bu məqamı anında yaxalayaraq onu kameranın yaddaşına köçürüb.

Səkkiz yaşlı Kristian bir neçə həftə əvvəl İraqda patrul xidməti zamanı öldürülmüş atasına verilmiş bayraq hədiyyəsini qəbul edərkən...Atasını xoş xatirə ilə yada salan azyaşlı kövrəldiyindən göz yaşlarını saxlaya bilmir.

Dallasda qətlə yetirilmiş ABŞ prezidenti Con Kennedinin oğlu atasının tabutunu salamlayır. Qeyd edək ki, bu qətl "Əsrin cinayəti" adlandırılmışdı.

1945-ci ildə Elba yaxınlığındakı anti-faşist koalisiyasının hərbçiləri tərəfindən faşist düşərgəsindən azad edilmiş mülki vətəndaşlar.

Azyaşlı rumının Buxarestdə polislərə hava şarı təqdim etməsi.

Anadangəlmə eşitmə qabiliyyəti olmayan azyaşlı Harold Uitliz həkimin onun qulağına quraşdırdığı xüsusi cihazdan sonra ilk dəfə insan səsini eşidərək təəccüblənir. Bu fotonu Cek Bredli mahir ustalıqla əbədiləşdirə bilib.

Hindistanın Kattak şəhərindəki sel daşqınları zamanı çoxları başını itirib ərazidən qaçmışdı. Amma yerli sakinlərdən biri humanistlik göstərərək, pişik balalarını ölümdən xilas etdi.

Təcrübəli ürək cərrahı 23 saatlıq ağır əməliyyatdan sonra bir neçə dəqiqə istirahət edir. Onun köməkçisi isə yorularaq əməliyyat otağının küncündə yatıb. Əməliyyat uğurla başa çatıb və xəstə ikinci həyata qayıdıb. Yeri gəlmişkən, cərrahın ölümdən xilas edib həyata qaytardığı pasiyent həkimin özündən çox yaşayıb.

1994-cü ildə Çeçenistandakı hərbi əməliyyatlar zamanı rus əsgərlərdən biri atılmış fortepianoda mahnı ifa edir.

"Ata, məni də gözlə" – 1940-cı ilin oktyabrında Nyu-Vestministrdə, Kanadada çəkilmiş foto. Bu foto Rusiyanın müharibə tarixi arxivində saxlanılır və müsabiqələrdən birində yüksək mükafata layiq görülüb.

İraqda hərbi xidmət keçən Terri Qurola övladına 7 aydan sonra qovuşa bilir.

12 yaşlı braziliyalı öz müəlliminin dəfni mərasimində matəm mahnısını ifa edir. Mərhum müəllimi onu yoxsulluqdan xilas etmişdi. Şagird öz müəlliminə ehtiramını və sevgisini göz yaşları içində musiqi ifa etməklə bildirir.

İkinci Dünya müharibəsinin veteranı hərbi əməliyyatlarda sürdüyü zirehli maşını müharibədən sonra tapıb, onun yanında diz çökür. Zirehli maşın müharibə dövrünün yadigarı kimi saxlanılmaqdadır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm