Ah Valentin, Valentin...
Bizi izləyin

Bilgi.az

Ah Valentin, Valentin...

Hər il fevralın 14-də Müqəddəs Valentin Günü və ya Sevgililər Günü bayram qeyd kimi edilir.

Bayramın tarixçəsi haqda danışmayacaq. Publika.az bu dəfə Müqəddəs Valentin Günü ilə əlaqədar maraqlı faktları təqdim edəcək.

2011-ci ildə qərb mədəniyyətinin yayılmasının qarşısının almaq üçün İranda Müqəddəs Valentin Günün atributları olan "Valentin açıqcaları"na, yumşaq ayılara qadağa qoyulub. Pakistan və Hindistanda isə Müqəddəs Valentin Günü əxlaqsızlıq və abırsızlıq bayramı hesab olunur. Şərqlilər qərblilərin 14 fevral bayramına onların seksual istəklərinin yerinə yetirdiyi gün kimi baxırlar...

Orta əsrlərdə elə hesab olunurdu ki, göyərçinlər fevralın 14-də öz tayını tapır. Ona görə də, "Valentin açıqcaları" üzərində göyərçin şəkli həkk olunur. Həmçinin belə bir inanc da var ki, göyərçinlər sevgili və dostlarını ömürlük seçir. Onun üçün də, göyərçinlər Venera və digər sevgi ilahələri ilə müqayisə edilir...

Müqəddəs Valentin Günü və ondan sonrakı günlərdə prezervativlərin satışı artır. "Durex" şirkətinin məlumatına görə, həmin günlərdə məhsulun 20-30 faizi satılır...

Müqəddəs Valentin günü Yaponiyaya 1936-cı ildə "gəlib çıxıb". Lakin şokolad şirkətlərindən birinin etdiyi tərcümə səhvindən sonra, gündoğar ölkədə sevgililər günü fevralın 14-də deyil, martın 14-də qeyd olunur...

Müqəddəs Valentin Günündə ABŞ-da 189 milyon qızılgül satılır...

Fevralın 14-də bütün dünyada insanlar təxminən 2,6 milyard "Valentin açıqcası" alırlar...

Feminist qruplardan biri fevralın 14-nü "Tənhalıq günü" kimi qeyd edir...

Uels inanclarına görə, Müqəddəs Valentin Günü dünyaya gələn uşaq sevgi dolu insan olacaq. Heyvanlara gəldikdə isə əksinə, hesab olunur ki, həmin günün dünyaya gələn buzov yaxşı nəsil verməyəcək və toyuğun qoyduğu yumurta isə iylənəcək...

Tarixə nəzər saldıqda fevralın 14-də əfsanəvi kapitan, dəniz qulduru və tədqiqatçı Ceyms Kuk qətlə yetirilib (1779), Qadınların Seçicilərinin Cəmiyyəti təşkilatı yaranıb (1920), ABŞ ilk nüvə sınağını keçirib (1976), ilk dəfə kosmik aparat "Voyager" günəş sisteminin şəklini çəkib (1990)...

ABŞ-ın Texas ştatında Valentin adlı şəhər mpvcuddur. İlk dəfə fevralın 14-də şəhərə dəmiryol çəkildiyindən ona belə ad verilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm