• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünya dəhşətli körpənin doğulmasını gözləyir - FOTOLAR

  • Maraqlı
  • 17 Fevral 2014 11:48
  • 903 Baxış
Dünya dəhşətli körpənin doğulmasını gözləyir - FOTOLAR

Milyonda bir rast gəlinən belə bir qüsurlu doğuş bu dəfə Avstraliyaya qismət oldu. Xəstəxanada anaya döldən imtina etmək məsləhət görülsə də, o imtina edib. Uşağın iki sifəti, iki beyni, ancaq bir bədəni var.

Avstraliya sakinləri Rene Yanq və Saymon Houi siam əkizləri əvəzinə iki simmetrik simalı və iki beyinli uşağın doğulacağını biləndə heyrətə gəldilər. Həkimlər sözlərinin həqiqiliyini sübuta yetirmək üçün valideynlərə dölün üçölçülü rentgen nəticələrini göstəriblər.

Hamilə Rene xatırlayır: “Yanvar ayının əvvəllərində USM müayinəsindən keçərkən həkimlər “burada nəsə düz deyil” kəlməsi işlətdilər və məni rentgendən keçməyə göndərdilər. Müayinədən sonra mənə dedilər ki, gələcək uşaq siam əkizlərinə oxşayır, lakin onun bir bədəni iki başı var.”

Anaya dəhşətli xəbəri verərkən həkimlər bütün ömrü boyu əziyyət çəkəcək “çirkin”-dən imtina etməyi məsləhət görüblər. Lakin gələcək valideynlər həkimlərin məsləhətindən imtina edərək deformasiyalı uşağı dünyaya gətirməyə qərar veriblər.

7 uşaq anası Rene qeyd edir: “ Hazırda o, 19 aylıqdır və tamamilə sağlam uşaqdır. Gələcək uşağımız sağlamdır və yaxşı inkişaf edir və bu səbəbdən biz onu saxlamağa qərar verdik.”

Milyonda bir rast gəlinən belə qüsurlu uşaq sonuncu dəfə 2008-ci ildə Hindistanda dünyaya gəlib lakin iki aydan çox yaşaya bilməyib. Valideynləri dünyaya gələcək qız körpəsinin neçə müddət yaşayacağından asılı olmayaraq onu bacı-qardaşları ilə tanış etmək istəyirlər.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR