Dünyanın ən qəribə sevgili cütlükləri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qəribə sevgili cütlükləri – FOTOLAR

Deyirlər, sevginin gözü kor olur. Başqa sözlə desək, Məcnuna Leylinin gözü ilə baxmaq lazımdır.

Həqiqətən də, Publika.az-ın təqdim etdiyi ən qeyri-adi sevgili cütlüklərə onların öz gözləri ilə baxmaq məsləhətdir.

Məsələn, Cənubi Afrika Respublikasında yaşayan 8 yaşlı Sanele Masilela adlı oğlan 61 yaşlı Helen Şabanqu ilə ailə həyatı qurub. Sanele həyatında heç zaman evlənmək imkanı olmayan babasının şərəfinə adlandırılıb. Elə Heleni də o, mərhum babasının tövsiyyəsi ilə seçib.

Uruqvaylı Viktor Hüqo Peralt və onun argentinalı sevgilisi Qabriela Peralta dünyanın ən tatu və pirsinqli cütlüyüdür. Onlar bədənlərində etdiyi modifikasiyaya görə, Ginnesin Rekordlar kitabına da düşüblər.

Hindistan sakini Manqli Munda kənd şurasının məsləhəti ilə sahibsiz itlə toy edib. Kənd ağsaqqallarının sözlərinə görə, bu yolla qız bəd nəzərdən təmizlənəcək.

Fransua Fernandes və Madlen Fransini toy edən ən yaşlı cütlük kimi Ginnesin Rekordlar kitabına düşüb. Toy günü Fransuanın 96, Madlenin isə 94 yaşı olub.

ABŞ sakinləri Arin Endrüs və Keti Hill ilk baxışdan adi cütlüyə oxşayır. Amma Arin və Keti cinsini dəyişən ilk cütlüklərdir. Keti kişi cinsindən qadın cinsinə keçməsi üçün həyata keçirdiyi proseslər zamanı Arinə rast gəlir. Arin isə həmin vaxtı əksinə, qız bədənindən imtina edərək kişiyə çevrilmək üçün proseduralardan keçirdi.

Braziliyalı Fransinaldo da Silva Karvalyonun boyu 165, sevgilisinin boyu isə 2,1 metrdir. Aralarındakı boy fərqinin çox olmasına baxmayaraq, Fransinaldo sevgilisinə evlilik təklif edib.

Amerikalı Loren və Devid Bleyr evlilik andiçməsi sayına görə dünya rekordu vurublar. Onlar 2011-ci ildə 100 dəfə evlilik andı içiblər. İş ondadır ki, hər bir evlilik andı hər dəfə müxtəlif yerdə içilib. Hər dəfə də Bleyr cütlüyü toy qiyafəsini geyinməli olub. Onların nəyə görə belə etdiyini isə Devid özünəməxsus şəkildə izah edib: bu yolla bir-birlərinə olan sevgilərini yoxlayırlar. Bleyr cütlüyü toydan sonra bal ayı keçirməyi də unutmur.

Kelli Qildebrandt və Kelli Qildebrant eyni adları olan nadir cütlüklərdən biridir. 20 yaşlı amerikalı Kelli Katrina Qildebrandt və 24 yaşlı Kelli Karl Qildebrandt internetdə tanış olublar. Qadın bir gün darıxıdığından "Facebook" sosial şəbəkəsində öz adına bənzər kişi axtarışına çıxıb. Kişi Kelli isə sosial şəbəkəsində yarıçılpaq bədəninin şəklini qoyub. Kelli adaşı olan gəncin profil fotosuna tab gətirməyərək, ona yazıb: "Bizim adlarımız eynidir". Beləliklə də, onlar 3 ay danışdıqdan sonra evlənməyə qərar veriblər.

ABŞ ordusunun serjantı Tay Ziqel İraqdakı hərbi xidmətini başa vuraraq eybəcər sima ilə vətəninə qayıdıb. Sevgilisi Rene Klyan onun yaralı simasına rəğmən, 2006-cı ildə serjantla ailə həyatı qurub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm