Dünyaca məşhur azərbaycanlı xanımlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyaca məşhur azərbaycanlı xanımlar - FOTOLAR

Dünyanın müxtəlif ölkələrində uğurlu idman və musiqi karyerası quran azərbaycanlı xanımlar az deyil.

Publika.az modern.az-a istinadən xarici ölkələrdə uğur və məşhurluq qazanmış bəzi belə azərbaycanlı xanımlar haqqında bilgiləri təqdim edir.

Tamilla Abbasova - Rusiyanın tanınmış velosipedçisi. O, 1982-ci il dekabrın 9-da Moskvada anadan olub. Velosiped sprinti üzrə 2004-cü il Yay Olimpiya Oyunlarının və 2005-ci il Dünya Çemionatının gümüş mükafatçısıdır. Dəfələrlə Avropa çempionu olan Abbasova Rusiyanın əməkdar idman ustasıdır. Azərbaycanlı idmançı dini inanc baxımından baptistdir.

Əzizə Mustafazadə - tanınmış caz ifaçısı. 1969-cu il dekabrın 19-da Bakıda andan olub. Onun atası Vaqif Mustafazadə də SSRİ-nin tanınmış cazmenlərindən olub. ABŞ və Avropada bir neçə beynəlxaql festivalların qalibi olan Əzizə 1991-ci ildən bəri 10 caz albomuna müəlliflik edib. Hazırda Almaniyada yaşayır.

Nəsrin Cavadzadə - Türkiyə kinematoqrafiyasının tanınmış aktisası. 1982-ci il iyulun 30-da Bakıda anadan olub. Uşaq yaşlarında ailəsi ilə İstanbula köçüb. 2011-ci ildə "Quzu" filmində ifa etdiyi Mədinə roluna görə 51-ci "Qızıl portağal2 festivalında "ən yaxşı qadın aktrisa" mükafatını qazanıb. Onun iştirakı ilə ekranlara çıxan sonuncu film "Son məktub" adlanır.

Bahar Kian Əfşar - İranda yaşayan azərbaycanlı teatr və kino aktrisasıdır. Daha çox 2012-ci ildə çəkilən "Günahkarlar" filmindəki Asiman obrazı ilə tanınır.

Nigar Talıbova - Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model və musiqiçidir. 1975-ci ildə Bakıda andan olub. Türkiyədə modellik etməklə yanaşı, "Adrenalin" qrupunun da üzvüdür.

Leyla İsmayılova - Belarusda tanınmış jurnalist və müğənnidir. O, 2011 və 2012-ci illərdə Belarusu "Avroviziya" müsabiqəsində təmsil etməyə çox yaxın olub. Eyni vaxtda "Belarus-1" telekanalında aparıclıq edir.

Ququş – İranın məşhur azərbaycanlı müğənnisi və aktrisası. 1950-ci il mayın 5-də Tehranda andan olub. Əsl adı Faiqə Atəşin olan müğənni professional sənətə başladıqdan sonrta Ququş adı ilə məşhurlaşıb. Hazırda ABŞ-da yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm