Ərlə arvadın şok effektli şousu - VİDEO
Bizi izləyin

Bilgi.az

Ərlə arvadın şok effektli şousu - VİDEO

"Bizim işimizdə əsas məsələ diqqət, sərvaxtlıq, bir də etibardır. Bir-birimizə tam inanmasaq, heç nə edə bilmərik. Əksinə, bir-birimizi öldürə bilərik".

Bunu Hindistanda sürətlə populyarlaşan şounun təşkilatçısı və müəllifi Balaşankar Budati deyir. O, xanımı Bhramharamba ilə birlikdə ekstravaqant, hətta ekstremal şou göstərirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Balaşankar yerə uzanmış xanımının çənəsi və sinəsinin arasındakı kokos qozuna əlindəki qılıncla var gücü ilə zərbə endirir.

Zərbə nəticəsində kokos qozu paralanır.

Bu zaman Balaşankarın zərbəsi çox dəqiq və sərrast olmalıdır. Əks təqdirdə, o, əlindəki qılıncla Bhramharambanın başını bədənindən ayıra bilər.

Hindistanın Çirala Mandal bölgəsində yaşayan ərlə arvad "World's Most Talented" şousuna dəvət alıblar.

Onlar martın 31-də teleşouda çıxış edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm