Qadın batan avtomobildən son anda xilas edildi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadın batan avtomobildən son anda xilas edildi – FOTOLAR

Polis batan avtomobildən qadını son anda çıxara bilib.

Hadisə Yeni Zelandiyanın Ueytmat körfəzində baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin şahidi balıqçı Ervin Kampos sıldırım qayadan avtomobilin yuvarlanaraq körfəzə düşdüyünü görüb. Balıqçı dərhal köməyə qaçaraq avtomobilin şüşəsini sındırmağa çalışıb. Lakin avtomobilin içində qalan sərnişini xilas edə bilmədiyindən dərhal polisə zəng edib. Avtomobilin içinə sürətlə su yığıldığı üçün sərnişin qadın maşının arxa oturacağına qısılıb qalaraq kömək gözləməyə başlayıb.

Hadisə yerinə gələn polis əməkdaşları da dəyənəklə avtomobilin şüşəsini qırmağa cəhd ediblər. Bununla da, qadına kömək edə bilməyən polis işçiləri suyun içindən iri bir daş götürməli olublar.

Qadın son məqamda xilas edilib. O, xilas olunarkən şok vəziyyətində olub və dərhal xəstəxanaya çatdırılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm