Şəxsiyyət vəsiqəsində hələ belə ada rast gəlməmisiniz – FOTO
Bizi izləyin

Bilgi.az

Şəxsiyyət vəsiqəsində hələ belə ada rast gəlməmisiniz – FOTO

Kolumbiyanın Boqota şəhərindən olan müəllimə ad və soyadını dəyişib. İşin maraqlı tərəfi ondan ibarətdir ki, qadın adını və soyadını ingilis əlifbasına uyğun dəyişib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müəllimənin təzə ad və soyadı belədir: Abcdefg Hijklmn Opqrst Uvwxyz.

36 yaşlı qadın qeyri-adi ad və soyadı daşımaq hüququnu əldə etmək üçün düz 2 il məmurlarla mübarizə aparıb. Abcdefg Hijklmn Opqrst Uvwxyz deyib ki, o, hər zaman çətin tələffüz olunan ada malik olmaq istəyib.

Abcdefg Hijklmn Opqrst Uvwxyz olmazdan öncə müəllimənin adı Ledizunqa Kiborq olub. Əslinə qalsa, heç bu da onun əsl adı olmayıb. Yerli mətbuatın verdiyi məlumata əsasən, kolumbiyalı qadın "öz müqəddəratını təyin etməyə daim ehtiyac duyduğu" üçün əhvalına uyğun olaraq, adını bir neçə dəfə dəyişib.

Abcdefg Hijklmn Opqrst Uvwxyz doğularkən ona nə ad verildiyi məlum deyil.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm