• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ən iri ombalı insan qadın gözəlliyindən danışdı - FOTOLAR

  • Maraqlı
  • 18 Fevral 2015 09:44
  • 2 032 Baxış
Ən iri ombalı insan qadın gözəlliyindən danışdı - FOTOLAR

Dünyada ən böyük ombaya malik olan Mikel Ruffinelli qadınlara bir sıra məsləhətlər verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ruffinelli qadınlara arıqlamağı məsləhət görməyib. Onun sözlərinə görə, kişilər iri qadın bədənlərini daha çox sevir. 41 yaşlı amerikalı Ruffinelli kök qadınlar üçün nəzərdə tutulmuş "World’s Biggest Hips" ("Dünyanın ən böyük ombaları") televiziya proqramında açıqlayıb.

O deyib: "Mən öz bədən formamı xoşlayıram və səhhətimlə heç bir problem yaşanmadığı üçün pəhrizə ehtiyacım yoxdur. Kişilər arıq qızları xoşlamır. Onlar daha çox "qum saatı" bədən formasında olan qadınlara üstünlük verir".

Qeyd edək ki, qadının ombası 246, beli isə 102 santimetrdir. Onun boyu 162, çəkisi 190 kiloqram təşkil edir.

Ruffinelli iri ombalarına görə 2013-cü ildə Ginnesin Rekordlar kitabına da düşüb. İri ombalarının səbəbi ondan ibarətdir ki, qadın lipedemadan (yağ çöküntülərinin bədən ətrafına yığılması) əziyyət çəkir.

Ruffinelli 1972-ci ildə Los-Ancelesdə doğulub. 2002-ci ildə ərə gedib və 4 övladı var. Bundan əlavə, o, striptiz rəqqası kimi də çalışır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR