Mələk simalı, kişi bədənli qız – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Mələk simalı, kişi bədənli qız – FOTOLAR

Onun ağ siması, iri gözləri çini materialdan hazırlanmış "Barbi" gəlinciyinə bənzəyir. Lakin 18 yaşlı rusiyalı Yuliya Vinsin bədən forması məşhur "Halk" filminin baş qəhrəmanını xatırladır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ağırlıqqaldırma üzrə idmançı olan Yuliya 182 kiloqram çəki daşı qaldıra bilir. Bu isə, bir erkək şirin ortalama çəkisidir.

Yuliya qadın zərifliyini və kişi bədənini özündə birləşdirməsi vətəni Rusiyada maraqla qarşılanıb. "Instagram" sosial şəbəkəsində 18 yaşlı qızı 23 min insan izləyir.

Məsum simaya malik olan yeniyetmə ağırlıqqaldırma üzrə 3 dəfə dünya rekordu vurub. Rusiyanın Engels şəhərində doğulan qız deyib: "İnsanlar məni "əzələli Barbi" adlandırır. Bu müqayisəni çox xoşlayıram. Mənim iri, gözəl gözlərim var və makiyajdan istifadə edirəm. Eyni zamanda da kişi kimi güclüyəm. Məşqdə 180 kiloqrama kimi ağırlıq qaldıra bilirəm. Lakin bu rekordumu mümkün qədər artırmaq istəyirəm ".

Yuliyanın xarici görünüşümə münasibət birmənalı deyil. O deyir: "Xarici görkəmim barəsində hərənin bir fikri var. Əzələli qız olduğumdan onlar mənə ya hörmət edirlər, ya da qınayırlar. Sözün düzünü desəm, mənim atletik bədənimə neqativ yanaşan oğlanlar, əslində, qısqanclıq hissi keçirirlər".

2011-ci ilə kimi Yuliya adi qız bədəninə sahib idi: "Mələyə oxşadığım üçün məni hər zaman gözəl gəlinciklə müqayisə ediblər. Normal bədənli qız idim, musiqi təhsili alırdım və müxtəlif məktəb yarışlarında iştirak edirdim. Lakin bununla belə, həyatda əsl məqsədimin bu olmadığını hiss edirdim. Sanki bədənim ruhumla harmoniya təşkil etmirdi".

Həyatının məqsədinin axtarışına çıxan qız 15 yaşında fitnesə gedir: "İdmana marağım yox idi. Sadəcə, güclü olmaq üçün ağırlıqqaldırma üzrə məşqlərə getməyə başladım. Və mən idmanı sevdim. Həyatımın məqsədi isə əzələli olmaqdır".

Yuliya tezliklə ağırlıqqaldırma məşqçisi ilə tanış olur. O, həftədə 4 dəfə 3-5 saat məşqlərə getməyə başlayır. Yuliya idmana görə pəhriz də saxlamalı olub. O, gün ərzində 5-6 dəfə qidalanmalı olur. Nəhayət, 2014-cü ilin avqustunda Yuliya Moskvada keçirilən ağırlıqqaldırma yarışlarına qoşulur və qalib olur. O, 440, 105 və 165 kiloqram çəki qaldırma üzrə 3 dəfə dünya rekordunu qırıb: "Mən sadə gəlincik deyiləm. İnanıram ki, hamı həyatında mənim kimi öz məqsədini tapa biləcək".

Yuliyanın valideynləri onun karyerasının əleyhinə olsalar da, ağırlıqqaldırma üzrə məşqçi olan 29 yaşlı sevgilisi qızı tamamilə dəstəkləyir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm