17 uşağını itirən qadına yiyə duranlar tapıldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

17 uşağını itirən qadına yiyə duranlar tapıldı – FOTOLAR

Doxsan yaşlı Su Jinyinqin bir arzusu olub. Yerli qəzetlərin birinə balaca bir qeyd yazan Su ölərkən insanlardan onu basdırmalarını istəyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 90 yaşlı qadın 17 uşağını itirdikdən sonra tənha qalıb. Uşaqların bəzisi doğularkən, bəzisi isə gənckən vəfat edib. Yaşlı qadın insan diqqəti və qayğısına ehtiyac duyduğundan insanların onun dəfnində iştirak etməyini arzu edib.

Hər zaman Yeni ili (hazırda Çin təqviminə görə Yeni il qeyd olunur) tək qeyd edən qadın bu il də belə olacağını zənn edib. Lakin onun elanını oxuyan yüzlərlə insan qarının evinə toplaşaraq tənha qadına mərhəmət göstəriblər.

Uzun müddət tənha qalan Su Jinqyinq insan axınını gördükdə göz yaşlarını saxlaya bilməyib. O, həyatının ən yaxşı Yeni ilini keçirdiyini qeyd edib.

O deyib: "17 yaşım olarkən ərə getmişəm. İlk iki uşağımı itirdiyim üçün ərim lənətləndiyimi düşünüb məni tərk etdi. Sonra ikinci dəfə ərə getdim. Ard-arda dünyaya gətirdiyim 9 uşaq da sağ qalmadı. 33 yaşım olarkən ərim vəfat etdi. Ona görə üçüncü dəfə ərə gedəsi oldum. Üçüncü ərimdən 6 uşağımız vardı. Övladlarım ən çoxu 3 il yaşaya bilib. Sonra... qəlbim qırıldı. Daha sonra üçüncü ərim vəfat etdi və mən növbəti dəfə ərə getmək ümidimi üzdüm".

Doğma övladlarının olmamasına baxmayaraq, Su 2 yaşlı qızı övladlığa götürüb. Lakin qızın 19 yaşı olanda Pekində yaşayan imkanlı ailəsinin yanına gedib. Qız o vaxtdan sonra bir də Sunun yanına qayıtmayıb.

Qırx il ərzində qadın tək-tənha, özbaşına yaşamalı olub. Yeni il ərəfəsində isə onun qəzetdə verdiyi elan bir çox insanı riqqətə gətirib. Adətə görə, bayramlaşmaq üçün insanlar bir-birinin evinə qonaq gedirlər. Bunu nəzərə alan sadə Çin vətəndaşları Sunu ziyarət etməyə qərar verib.

Bu isə o deməkdir ki, Sunun evi ilk dəfə Yeni il bayramına görə bəzədilib və onun da evindən gülüş səsləri gəlib. Qoca qarıya baş çəkməyə gələn sadə insanlar ona hədiyyələr gətirməyi də unutmayıblar. 25 yaşlı qadın isə Sunun evinə yaxın yerdə çadır quraraq Yeni il bayramının sonuna kimi onunla yaşayacağını deyib.

Suya həmçinin qonşuları da kömək olublar. Ümumiyyətlə, qonşuları bişirdikləri yeməkdən ona da bir pay göndərirlər. Su deyib: "Aldığım təqaüdü öz tabutum üçün toplayıram. Mən sadəcə yasıma gələcək insanları tapmaq üçün qəzetə müraciət etmişdim. Heç təsəvvürümə gətirməzdim ki, onlar mənim evimə toplaşa bilər".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm