“Oğlumun ölümündə məni günahkar bilirlər” – FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Oğlumun ölümündə məni günahkar bilirlər” – FOTOLAR

Bu gün də o, ömrünün növbəti – 61-ci doğum gününü oğlu Cettsiz qeyd edir.

Publika.az "Bizim tərcümə" layihəsində fevralın 18-də 61 yaşını qeyd edən aktyorun – Con Travoltanın həyat hekayəsini təqdim edir.

Altı il bundan əvvəl Cettin ölümü ilə bağlı şantajçılar aktyordan 20 milyon dollar tələb etdirdilər. Çünki yeniyetmənin ölümündə Hollivud aktyoru da şübhəli şəxs qismində idi və şantajçıların iddiasına görə, onların əlində məhkəməyə təqdim olunmaq üçün əsaslı dəlil-sübut vardı...

Məsələyə hətta yüksək vəzifəli şəxslər də cəlb olunmuşdu. İctimaiyyət çaşqınlıq içərisində idi. Axı məhkəmə Cettin ölümü ilə bağlı yekun qərara gələ bilmirdi...

Con Travolta 1954-cü ildə çoxuşaqlı irland-italyan ailəsində doğulub. Ailədə 6 uşaq vardı. Con özü də həmişə çoxlu övlada sahib olmağı arzu edirdi. Lakin Kelli Prestonla ailə quranda onun nə az nə, çox 30 yaşı vardı. Yeddi aydan sonra onların bir oğlu, səkkiz ildən sonra isə bir qızları dünyaya gəldi. Bununla da Kelli hamiləliklə bağlı məsələyə nöqtə qoymağa qərar verdi. Axı Kellinin özü də aktrisa idi. Düzdür, əri kimi məşhur olmasa da, hər halda, illər sanki uçurdu. Kino aləmində isə 40 yaşdan sonra aktrisalar baş rola nadir hallarda dəvət olunur. Kelli çoxuşaqlı ana olmaq xoşbəxtliyini karyeraya qurban vermək istəyirdi...

Con Travolta Hollivud ulduzları arasında ən yaxşı pilot olduğundan ailənin böyük uşağına Cett ("reaktiv təyyarə" mənasını verir) adını qoydu. Bu, Kellini özündən çıxardı: "Sən nə danışırsan? Məgər başa düşmürsən ki, böyüyəndə oğlanın bu adla problemləri ortaya çıxa bilər? Onu ələ salıb güləcəklər axı!"

Con soyuqqanlılıqla cavab verdi: "Heç nə olmaz. Belə bir soyadla onun başına heç bir qorxulu hadisə gələ bilməz!".

Hər bir ata kimi Con oğlunun güclü və cəsarətli kişi olmasını istəyirdi. Lakin tezliklə oğlanın xəstə doğulduğu məlum oldu. Cettin iki yaşı olanda ona diaqnoz qoyuldu: autizm və Kavasaki sindromu (damar divarlarının partlaması). Xəstəlik qan damarlarının iltihabına səbəb olurdu. Bu xəstəlikdən əziyyət çəkən insanlarda tez-tez tutmalar və ürəkgetmələr müşahidə olunur. Hər 5-10 gündən bir Cett huşunu itirirdi. Onun ürəkgetməsi 45 saniyə çəkirdi. Başqa sözlə, onu tək qoymaq olmazdı. Valideynləri bu faktı kənar şəxslərdən gizli saxlamağa çalışır, mətbuatda bu haqda yayılan xəbərləri isə inkar edirdilər.

Travolta ailəsini az qala alınmaz qalaya çevirib, onu hər vəchlə müdafiə etməyə çalışırdı. Onu hətta ABŞ prezidenti Niksonla da müqayisə edirdilər - cangüdənlərinin sayı eyni miqdarda idi. Hollivud ulduzu Travolta işlədiyi kinoşirkətlərlə müqavilə imzalayarkən orada əlavə bir maddə də daxil edirdi: nə olur olsun, iş axşam saat 6-da bitir. Aktyor bunu belə izah edirdi: "Çünki Cett həmin vaxtı məktəbdən gəlir. Biz telefonu söndürüb, yanaşı oturub, bir-birimizdən zövq alırıq. Bu zamanın mənim üçün nə qədər qiymətli olduğunu sizə izah edə bilmirəm!".

Valideynlərdən savayı, uşaqlara tibb təhsili olan dayə də baxırdı. Cett böyüdükdən sonra isə onu tibb təhsili olan cangüdənlər əhatə etdi. Baham adalarında həmin faciəli hadisə baş verəndə Cettin yanında heç kim yox idi...

Hadisə yeni ildən 2 gün sonra baş verdi. Bütün ailə 2009-cu ili qeyd etmək üçün Baham adalarına yığışmışdı. Bəlkə də, Travolta heç zaman belə xoşbəxt olmamışdı. Onlar hələ bir neçə gün də adada qalmağa qərar verdilər. Con ekzotik adada keçirdiyi tətilin onun yaddaşında dəhşətli xatirəyə çevriləcəyindən şübhələnmirdi. Yanvarın 2-də gecə saatlarında Cett hamam otağında növbəti dəfə huşunu itirdi. Yanında heç kim olmadığından, yıxılarkən onun başı əzilmişdi. Yeniyetmənin meyitini yalnız səhər tezdən aşkar edə bildilər. Təşvişə düşən dayə dərhal valideynləri yuxudan oyatdı. Cett nəfəs almırdı. Bununla belə, hamı möcüzənin baş verəcəyinə və Cettin gözlərini açaraq, anasını qucaqlayacağına ümid edirdi. Təcili tibbi yardım villaya gəlib çıxanadək nəzarətçilər Cettaya ürək masajı edir, ona süni nəfəs verir, Kelli isə oğlunun başını əlləri arasına alıb, hönkür-hönkür ağlayırdı. Con oğlunu xəstəxanaya yox, onları gözləyən təyyarəyə aparmaq istəyirdi. Zavallı ata elə güman edirdi ki, Cettin köməyinə yalnız Florida həkimləri gələ bilər. O, əraziyə gəlib çatan tibb personalı ilə getməmək üçün ərizəni doldurdu. Bununla belə, sonra Con səhvə yol verdiyini anlayıb, yoldaca avtomobilini klinikaya tərəf döndərdi. Lakin artıq gec idi. Həkimlərin göstərdiyi səylərə baxmayaraq, Cett Travolta 16 yaşında vəfat etdi...

Yanvarın 5-də Kelli və Con əllində oğullarının külü olan urna ilə birgə Baham adalarını tərk etdilər. Cettin külünü yaşadığı evin yaxınlığında dəfn etdilər. Yas mərasimində yalnız yaxın dostlar və qohumlar iştirak edirdi. Valideynlərin kədərini sözlə ifadə oluna bilməzdi. Həmişə Cona kömək olan audio və psixo təmrinlər bu dəfə gücsüz idi. Bununla belə, Kelli və Con ayaq üstdə durmağa çalışırdılar. Çünki onların balaca qızları da vardı.

Valideynlər mərhum oğlanlarının xatirəsinə xeyriyyə fondu təşkil etməklə özlərinə təsəlli verdilər. Xəstə uşaqlar üçün nəzərdə tutulmuş Cett Travolta xeyriyyə fondunun əsası qoyulduqdan sonra ailə xoşbəxt günləri onlara xatırlada biləcək köhnə yurdunu birdəfəlik tərk etdi.

Con yalnız doqquz aydan sonra ictimaiyyət qarşısına çıxdı. Kino premyerasına gələn Cona ailəsi haqda heç bir artıq-əskik sual verilmədi. Lakin o, bütün tədbir boyu özünü çətinliklə ələ alırdı. Aktyor dostlarından kənara çəkilərək damağında papiros, ötən günləri xatırlayıb ağlayırdı. Amma belə məqamlarda sadiq yoldaşlar onu tərk etməməyə üstünlük verirdilər.

Con üçün bəla hələ bununla bitmədi... Həmin faciəli gündə onlara gələn tibb personalından bir nəfər – Tarino Laytborn tələb irəli sürdü: yanvarın 2-də kədərdən ağlını itirən Con imza atdığı müqaviləyə görə 25 min dollar ödəməlidir. Əks halda, kağızlar jurnalistlərə ötürüləcək. Bax, elə burada maraqlı bir məqam ortaya çıxdı. Sən demə, Cettin ölümündən 12 gün sonra Travoltanın vəkili Maykl Makdermota telefon zəngi olub. Zəng edən şəxs bircə kəlmə deyib: "Travolta qəsdən oğlunu öldürüb və o, bizdə olan sənədə görə məsuliyyətdən yayınmağa çalışır". İşi bağlamaq üçün sadəcə ödəniş olunmalı idi. Dili topuq vuran Makdermot telefondakı şəxsə demişdi: "Siz təhlükəli oyuna baş vurmuşunuz, xanım. Polisə müraciət edəcəyik...". Telefonda danışan qadın dedi: "Heç narahat olmayın, biz istədiyimizi alacağıq".

Xoşbəxtlikdən zəng edən dələduz Bricuoteri yanvarın 22-də həbs etdilər. Lakin tezliklə o, girov müqabilində azad olundu. Conun vəkili Makdermot və şantajçı Leytborn məsələni kökündən həll etmək üçün otellərin birində görüş təyin etdilər. Makdermotun üstündə gizli kamera vardı. Tibb işçisi Leytborn tərəddüddən sonra etiraf etməli oldu: "Ömür boyu kasıbçılıq içində yaşamışam və ömür boyu da ailəm yaşamaq uğrunda mübarizə aparıb. Mən özüm isə həmişə xeyriyyəçiliklə məşğul olmaq istəmişəm. İndi isə nəinki, öz ailəmə, hətta mənim kimi bəxti gətirməyən insanlara yardım etmək üçün əlimə şans düşüb. Hesab edirəm ki, 20 milyon dollar kifayət edər". "Siz lap Robin Qudsunuz ki!" - Makdermot gülümsədi...

Oğlunun ölümündən sonra Con və Kelli bir də məhkəmə prosesi ilə bağlı dəfə Baham adalarına gəldilər. Con həmin faciədən danışanda Kelli məhkəmə zalında hönkürtüsünü saxlaya bilmədi. Hakim şantajçı qadın Leytborndan müqavilənin əslini tələb etdi. O, isə hadisələrin daha da mürəkkəbləşəcəyindən qorxaraq, müqaviləni yandırdığı və külünü isə stəkanda gətirdiyini dedi.

Lakin əsl sensasiya hələ qabaqda idi. Leytbornun sözlərinə görə, təcili tibbi yardım evə gələndə Cett artıq ölü idi. Guya həkim briqadası meyitin solğunlaşmasına baxmayaraq, ürək masajı etməyə başlayıb. Birdən bu zaman hamam otağında olan insanlardan biri (dəqiq aydınlaşdırmır kim) ona susmaq üçün pul təklifini irəli sürüb: "Dərhal anladım ki, burada nəyisə ört-basdır etməyə çalışırlar".
Digər bir şahid isə Travoltanın əleyhinə belə bir iddia irəli sürdü: "Travolta ailəsi gecəyədək küçədə gəzişdiyindən, Cett yatağından qalxarkən çalınan siqnalı eşitməyiblər. Ən maraqlısı isə odur ki, Cett gecə saat 2-3 radələrində hamama gedib, valideynləri isə bundan səhər saat 10-da xəbər tutub. Bəlkə də, Travolta ailəsi özü öz əlləri ilə oğlunu ölümə sürükləyib".

Conun vəkili Makdermot səs yazısını hakimə təqdim etməli oldu. Bütün ittihamlar aktyorun üzərindən götürüldü.

Con indiyədək bir faktla barışa bilmir: sıravi insanlar Cettin ölümündə ata və ananı günahkar bilirdi. İnciklik Baham sakinlərindən idi. Bundan sonra, o,Travoltanın öz dili ilə desək, "lənətə gəlmiş " adanı birdəfəlik tərk etmək qərarına gəldi.

"Cett füsunkar uşaq idi. Onun vaxtsız gedişi qəlbimdə dərin yara qoydu. Lakin onunla birgə olduğum vaxtlara görə ömrümün sonunadək taleyimə minnətdar olacağam. Dünyanın hər bir yerində insanlar başsağlığı verdi, çətin günümdə yanımda oldulr. Bu isə o deməkdir ki, yaxşı və xeyirxah insanlara görə həyatı davam etdirməyə dəyər" - Con Travolta.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm