Qatarda dünyaya gətirdiyi uşaq relslərin üstünə düşdü
Bizi izləyin

Bilgi.az

Qatarda dünyaya gətirdiyi uşaq relslərin üstünə düşdü

Hindistanın Racastan ştatında 22 yaşlı qadın qatarın ayaqyolusunda uşaq dünyaya gətirib. Lakin bədbəxtçilikdən, dünyaya gələn uşaq unitazın deşiyindən relslərin üzərinə düşüb.

Publiika.az xarici mətbuata istinadən xəbər verir ki, Manu adlı qadının halı qatarda olarkən pisləşib. O, təmiz hava almaq üçün qatarın ayaqyolusuna gedib. Amma kiçik kabinədə qadının halı daha da pisləşib. Manu elə tualetdə ikən sancılarla doğmağa başlayıb. Elə bu zaman qadının huşu gedərək yerə yıxılıb. Dünyaya gələn körpə isə drenaj sistemi ilə qatar yoluna düşüb.

Xoşbəxtlikdən, qadının tualetdə doğuşu vaxtı yaxınlıqdan qatar nəzarətçisi keçib. Kişi ayaqyolundan gələn uşaq çığırtısını eşidib və bu haqda maşinistə xəbər verib. Qatar dayandırılıb və dəmiryol işçiləri yeni doğulan körpənin axtarışına başlayıblar. Çox maraqlıdır ki, relslər üzərində tapılan uşaqda heç bir cızıq belə olmayıb. Halbuki qatar tam sürəti ilə hərəkət edib.

Gənc ananı və körpəni yaxınlıqdakı xəstəxanaya aparıblar. Sonra isə onlar şəhər xəstəxanasına köçürülüb. Baş həkimin sözlərinə görə, ana və balanın səhhəti yaxşıdır. Uşaq heç bir xəsarət almasa da, çəkisi az olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm