Pərəstişkarını döyən müğənni xəstəxanaya düşdü – FOTOLAR +VİDEO
Bizi izləyin

Bilgi.az

Pərəstişkarını döyən müğənni xəstəxanaya düşdü – FOTOLAR +VİDEO

Amerikalı reper Afromen öz konserti zamanı həbs olunub. İş ondadır ki, ifaçı Misisipidə verdiyi konsert vaxtı pərəstişkarı olan qadını döyüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı ifaçı səhnədə gitara çalarkən bir qadın ona yaxınlaşıb. Qadın onun musiqisi altında rəqs etmək istəyib. Lakin Afromen qəfildən qadına şillə vuraraq, onu nokauta salıb. Polis ifaçını yerindəcə həbs edib.

Afromen sonra verdiyi müsahibəsində hamıdan üzr istəməli olub. O, əsəblərindən müalicə almaq üçün reabilitasiya mərkəzinə göndərilib. Afromen günahını etiraf etsə də, bildirib ki, nəzarət sistemi güclü olsa, qadın səhnəyə qalxa bilməzdi.

Xatırladaq ki, Afromen 2002-ci ilin "Qremmi" mükafatçısıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm