• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ölkəsinin iqtisadiyyatını xilas etmək üçün “Eurovision-2015”-də iştirak edəcək

  • Maraqlı
  • 20 Fevral 2015 09:37
  • 854 Baxış
Ölkəsinin iqtisadiyyatını xilas etmək üçün “Eurovision-2015”-də iştirak edəcək

Məlum olduğu kimi, may ayında Avstriyanın paytaxtı Vyana şəhərində 60-cı "Eurovision" mahnı müsabiqəsi keçiriləcək. Moldovalı Stella Bosan "Save Me" (Xilas et) mahnısı ilə ölkəsinin iqtisadiyyatını xilas etməyə çalışacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Moldova iştirakçısı Stella Bosanın missiyası ölkəsini qalib etmək və iqtisadiyyatı dirçəltməkdir. O deyib: "Bu il mahnı müsabiqəsində qalib gəlməyim mənim üçün çox vacibdir. 1 avro 25 leyi olduğu halda "Save Me" mahnısı da bir o qədər bizim üçün aktualdır".

Mahnının klipində isə "Moldovaya sən lazımsan" yazılı kadrlar və klipiin reklamında isə "Save our Economy, Currency &our LEU" (Bizim iqtisadiyyatı, milli valyuta leyi xilas et) kimi yazılar peyda olur.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR