27 yaşlı gənc özünü pələngə yem etdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

27 yaşlı gənc özünü pələngə yem etdi - FOTOLAR

Çində 27 yaşlı Yanq Jinhayi adlı gənc zooparkda özünü tamaşaçıların gözləri önündə pələngin qəfəsinə ataraq yem olmaq istəyib.

Çində 27 yaşlı Yanq Jinhayi adlı gənc zooparkda özünü tamaşaçıların gözləri önündə pələngin qəfəsinə ataraq yem olmaq istəyib.

O, Çinin Siçuan əyalətində yenicə qəbul olduğu gözətçi işi haqqında optimist fikirdə idi lakin sonradan bu işin monoton və cansıxıcı olduğunu görüb və həyatın mənasız olduğu qənaətinə gəlib.

O, yerli zooparklardan birinə getdikdən sonra təbiətin ən ecazkar heyvanları olan pələnglərin qəfəsdə qalmaqla ovlamaq və öldürmək instinktindən məhrum olduqları üçün depressiya keçirdiklərini hiss etdiyini bildirib. Özünü qurban verməklə Benqal pələnglərini qorumaq istədiyi üçün özünün qəfəsə atmaq qərarına gəldiyini deyib.

Onun intihar cəhdi baş tutmayıb.

Yanqın ailəsi yerli mediaya bildirib ki, Jinhayi uzun müddətdir ki, depressiyadan əziyyət çəkir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm