Bal ayına getdi, qayadan yuvarlandı – FOTOLAR /VİDEO
Bizi izləyin

Bilgi.az

Bal ayına getdi, qayadan yuvarlandı – FOTOLAR /VİDEO

Hollandiya vətəndaşları olan cütlük bal ayını qeyd etmək üçün Şri-Lankaya yollanıb. Lakin bal ayı zamanı hollandiyalı ər təsadüfən 1219 metr hündürlüyü olan qayadan yıxılaraq, ağacın zirvəsində ilişib qalıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Şri-Lankada yerləşən "Dünyanın Sonu" dağına yollanan bəy arvadı ilə şəkil çəkdirmək istəyib. 35 yaşlı Mamito Lendas qayadan yıxılıb. O, burada indiyədək Şri-Lanka qoşunları tərəfindən xilas olunan və sağ qalan yeganə insandır.

Xilasedicilərin briqadiri deyib: "Mamito ağacın zirvəsinə düşdüyü üçün sağ qala bilib. Mamito "Dünyanın Sonu" qayasından yıxılıb, sağ qalan yeganə insandır".

Onun xilası üçün 40-a yaxın insan cəlb edilib. Xilas olunan Mamito Lendas isə xəsarət almayıb. Maraqlısı odur ki, ağacın zirvəsində ilişib qaldığı 3 saat yarım ərzində Lendas fürsəti əldən verməyərək, təbiətin şəklini çəkib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm