• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qadınlar üçün ən qorxulu ölkələr

  • Maraqlı
  • 23 Fevral 2015 15:40
  • 871 Baxış
Qadınlar üçün ən qorxulu ölkələr

Ekzotik ölkələrə səyahət etmək hər bir insanın arzusudur. Lakin elə ölkələr var ki, qadınların oraya səyahət etməsi həyatları bahasına gələ bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yay aylarında səyahətə çıxmazdan öncə qadınlar getdiyi ölkənin təhlükəlilik göstəricisinə fikir verməlidir.

Qadın səyahətçilərin üzləşə biləcəyi ölkələri təqdim edirik:

Hindistan

Hindistanda yerli və xarici qadınların zorlanması artıq adət halına çevrilib. Çoxmillətli ölkədə hər 20 dəqiqədən bir qadın zorakılığına rast gəlinir. Təqdim olunan hesabata əsasən, Hindistanda zorlama halları 2010-cu ildən bəri 7,1 faiz artıb. Həmçinin o da qeyd olunur ki, Hindistan dünyada yeganə yerdir ki, bir qadın oraya getməzdən öncə iki dəfə düşünməlidir.

Braziliya

Braziliyanın möhtəşəm karnavalları ölkədə tüğyan edən cinayətkar qruplaşmalarını və öz işini yerinə yetirə bilməyən polisin səriştəsizliyini ört-basdır edə bilməz.

Braziliya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2009-2012-ci illərdə zorakılıq 157 faiz artıb. Görülən tədbirlərə baxmayaraq, turistlər ölkədə zorlama, tapança ilə hədələnərək qarət olunma halları ilə rastlaşır.

Türkiyə

Son zamanlar Türkiyədə qadınlara qarşı törədilən zorakılıq halları bu ölkəni də "qara siyahı"ya salıb. Keçən həftə qətlə yetirilən Özgecan Aslan hadisəsini misal kimi göstərmək olar.

Tailand

Tailanda hər il milyonlara turist səfər edir. Lakin 2013-cü ildə 20 yaşlı şotlandiyalı qadın bir neçə dəfə zorlanıb və onun iddiasına heç kim dəstək çıxmayıb. Ölkədə narkotik vasitələrdən və spirtli içkilərdən çox istifadə olunması qadınların həyatı üçün təhlükə yaradır.

Misir

Bir neçə ildir ki, Misirin Şarm-Əl-Şeyx və Hurqada istirahət zonaları turistləri cəlb edir. Lakin küçələrdə polislərin azlığı və seksual hücumlar ölkənin turzim patytaxtını gözdən salır.

Kolumbiya

Düzdür, 10 illə müqayisədə indi Kolumbiyada zorakılıq halları azalıb. Bununla belə, kasıb bölgələrdə qadınlar hələ də zorakılığa məruz qalırlar.

Paytaxt Boqota şəhərində metro sistemi əvəzinə avtobus şəbəkəsi fəaliyyət göstərir. "YouGov" saytının 2014-cü il üçün olan məlumatına görə, bu nəqliyyat vasitələri çox təhlükəlidir. İnsan Hüquqları Təşkilatının verdiyi məlumatda isə bildirilir ki, polis sistemində rüşvət hökm sürdüyündən, qadınlara qarşı olunan zorakılıqlar araşdırılmır və canilər azadlıqda gəzişir.

Cənubi Afrika

Əhalisinin sayının çoxalması ilə əlaqədar, Cənubi Afrika Respublikası ən təhlükəli ölkələrdən birinə çevrilməkdədir. Afrikalılar arasında zorlama və seksual xarakterli hücumlar geniş vüsət almaqdadır. Bundan əlavə, oğurluq halları da artmaq üzrədir.

Məsələn, 2012-2013-cü illər arasında 66 min seksual xarakterli hücum qeydə alınıb.

Mərakeş

Bu ölkəyə səyahətə gedən qadınlara lazımi şəkildə geyinmək tövsiyə olunur. Bununla belə, kişilər tənha turist qadınları narahat edirlər.

Meksika

Meksika hökuməti turistləri silahlı cinayətkarlığın baş aldığı Kankun, Playa del Karmen, Kozumel, Los Kabos və Puero Valyarta kimi şəhərlərdə müdafiə etməyə çalışır. Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, bu ölkədə qadınların balaca avtobuslarda zorlanması halları da çoxdur.

Keniya

Birləşmiş Millət Təşkilatının Qadınların İnkişaf Fondunun verdiyi məlumata görə, Keniyada qadınlar yaşından, təhsilindən, şəhər və ya şəhərətrafı yerlərdə yaşamasından asılı olmayaraq, zorakılıqla üzləşirlər. 2010-cu ilin məlumatına əsasən, qızların 32-i faizi yetkinlik yaşına çatmamış zorakılıqla qarşılaşıb. Məsələn, keçən ilin noyabrında qısa ətək geyinən qadına qarşı təşkil olunmuş zorakılığa görə ölkədə nümayişlər təşkil olunmuşdu.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR