Siam əkizləri 26 saatlıq əməliyyatdan sonra ayrıldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Siam əkizləri 26 saatlıq əməliyyatdan sonra ayrıldı – FOTOLAR

Natali Houp və Adelin Feiz Mata əkiz bacıları keçən ilin aprel ayında ABŞ-ın Texas ştatında dünyaya gəlib. Elis və Con Erikin ailəsində dünyaya gələn qızlar əslində siam əkizləridir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qızlar bir-birinə sinə nahiyəsindən bitişik doğulublar. Bir sözlə, Ümid və İnam mənası verən adları daşıyan qızlarda ağciyər, diafraqma, qaraciyər, bağırsaqlar və çanaqdan bitişik olub.

Körpələri bir-birindən ayırmaq üçün Texas Uşaq xəstəxanasının həkimləri əlindən gələn köməyi göstəriblər. 10 aylıq qızların əməliyyatı düz 26 saat ərzində 12 cərrah, 6 anestezioloq və 8 tibb bacısının köməkliyi ilə həyata keçirilib.

26 saatlıq əməliyyatdan sonra əkiz bacılar bir-birindən ayrılıb. Bu, sinə və qarın nahiyəsindən bitişik əkizlərin uğurla həyata keçirilən ilk ayrılma əməliyyatıdır.

Bundan sonra qızlar sərbəst şəkildə yaşaya biləcəklər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm