Özünə oğlan axtaran qızlara müjdə - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Özünə oğlan axtaran qızlara müjdə - FOTOLAR

Bildiyimiz kimi, fevral ayında Çində yeni il qeyd olunur. Yeni il bayramı nə qədər sevinc gətirsə də, subaylar üçün sözün əsl mənasında "başağrısına" çevrilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, subay çinli sakinlər Yeni İl bayramı günlərində valideynləri tərəfindən təzyiqə məruz qalır.

Ona görə də subay çinli qadınlar valideynlərinin tənbehindən canını qurtarmağın yolunu düşünüb tapıblar. Belə ki, qadınlar özlərinə "saxta sevgili" taparaq, bayram günlərində valideynləri ilə tanışlığa aparır.

Qadınlar Çinin ən böyük onlayn bazarı olan "Taobao"-da "satışa çıxarılan" müvəqqəti sevgililərə müraciət edirlər. "Saxta sevgili"nin bir günü 1000 yuandan (160 dollar) 10000 yuanadək (160 min dollar) başa gələ bilər.

Bu qiymətə əlavə romantik məşğuliyyətlər də daxildir - məsələn, əl-ələ tutmaq, kinoya getmək, qucaqlamaq, internetdə yazışmaq.

Oğlanların "kirayə" verildiyi "Taobao" saytında amerikalı, kanadalı və digər çeşidli oğlanlara da rast gəlmək olar. Saytda isə deyilir: "Yeni ili evinizə gətirin. Söz-söhbətdən və səkkiz xalanın danlağından azad olun. Elə indicə özünüzə sevgili seçin".

Oğlanlar özünün reklam səhifəsində xidmət pulunu da qeyd ediblər. Məsələn, qızın ailəsinə baş çəkmək üçün başqa şəhərə getmək üçün 800 yuan (127 dollar), qızla birgə bazarlıq etmək üçün 150 yuan tələb edirlər (24 dollar). Bundan əlavə, "saxta sevgililər" şikayət və təhqir üçün 50 yuan (8 dollar) alırlar.

Xidmətdən yararlanan 26 yaşlı Lili Li "saxta sevgilisini" bayram günlərində ailəsi ilə tanış etmək üçün "kirayələyib". O deyib: "Hələ ki, ərə getməyə hazırlaşmıram. Valideynlərim isə hündürboylu oğlan xoşlayır, çünki belə oğlanlar sadiqdirlər və çox danışan deyillər. Ona görə, "sevgilim" valideynlərlə tanışlıqda heç bir artıq-əskik söz demədi. Evə "sevgili" gətirmək o deməkdir ki, sən qohum və valideynlərinin narahatlığını azaldırsan".

Verilən məlumata görə, yeni il günlərində "saxta sevgili" üçün müraciət edənlərin də sayı çox olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm