Məhbuslar qardan ballistik raket hazırladılar - FOTO
Bizi izləyin

Bilgi.az

Məhbuslar qardan ballistik raket hazırladılar - FOTO

Sibir həbsxanasındakı məhbuslar Rusiya hərbi avadanlığının qardan, böyük modellərini hazırlayıblar.

Publika.az-ın məlumatına görə, modellər Omsk bölgəsindəki həbsxanada, Vətənin Müdafiəçiləri gününə həsr olunmuş yarışmanın bir hissəsi kimi hazırlanıb.

Yekdil olaraq birinci yer Topol-M ballistik raket atıcısının tam ölçüdə hazırlanmış və rənglənmiş modelinə verilib. Əsər, üzərindəki işıqlar da daxil olmaqla, mürəkkəb elementlərinə görə yüksək qiymətləndirilib. İkinci yer isə T-34 Sovet tankının donmuş oxşarına verilib.

Həbsxnadan bildirilib ki, müsabiqə "mənəviyyata xidmət göstərir" və məhbusları "müstəqil yaradıcı işlə tanış edir". Bundan başqa qalib xüsusi imtiyazlarla mükafatlandırılacaq.

Müəssisənin psixoloji departamentinin rəhbəri İgor Moiseyev deyib ki, yarışma həmçinin, məhbusların psixoloji sağlamlığına faydalı ola bilər. Görülən müştərək iş isə qanuna tabelik vərdişlərini aşılayır.

Qeyd edək ki, bu, son həftələr ərzində həbsxanada keçirilmiş ikinci qar heykəltaraşlığı müsabiqəsidir. Məhbuslar Milad və Yeni İl günlərində də bayram əsərləri yaradıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm