Gözəllik qurban tələb edir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Gözəllik qurban tələb edir – FOTOLAR

"Dəb qurbanı" ifadəsini çox adam eşidib. Lakin onun haradan qaynaqlanmasından az adamın xəbəri var. Son zamanlara qədər qadınlar gözəllik naminə daha nələrdən keçməyib? Orqanlarını deformasiya vəziyyətinə salmaq, təəssüf ki, onların həyatı bahasına başa gəlib.

Publika.az müxtəlif dövrlərdə dəbdə olan ən qəddar gözəllik ənənələrini təqdim edir.

Avropada XVIII əsrdə "çılpaq dəb"

XVIII əsrdə Avropada "gözəllik qurbanına" çevrilən qadınlar antik gözəllərin obrazını saxlamaq üçün küçəyə nazik şifon geyimdə çıxırdılar. Qadınlar gözəllik üçün hətta qışda da yarımşəffaf geyimdə olurdular. Bu isə onların ağciyərlərinin iltihabı və vərəm xəstəliyi ilə nəicələnirdi. Düz 2 əsr qadınlar gözəlliyə görə sağlamlıqlarından keçdilər. 1802-ci ildə Fransanın "De mode" jurnalı "çılpaq dəbdən" nə qədər gənc qızın vəfat etdiyini göstərmək üçün oxuculara Monmart qəbiristanlığına getməyi məsləhət görürdü.

Qədim Çində "lotos ayaqlar"

Avropanın gözəllik adətləri Qədim Çin ənənələri ilə müqayisədə daha məqbuldur. Çünki Çində deformasiyaya uğramış qadın bədəni gözəllik etalonu hesab olunurdu. Belə ki, Çində "lotos" deyilən kiçik ölçülü ayaqlar dəbdə idi. Lakin bu, qadınların ayağını daha çox at dırnağına bənzədirdi. Onların ayaqları bintlə bağlanırdı və bu zaman 4 barmaq ayağın pəncəsinə "bitişirdi". Bu zaman sümüklər sınır, qanayır, irinləyir, pis qoxu verirdi. Belə gözəllik işgəncəsini özlərinə daha çox imkanlı ailənin qızları verərdilər. Çünki "lotos ayaqlar" aristokratlıq rəmzi idi və qızın ərə getməsi üçün mühüm təminat idi. Bununla belə, ər heç vaxt arvadının "lotos ayaqlarını" hətta yataqda belə görə bilməzdi. Qadınlar öz ayaqlarını hər zaman zərif ayaqqabının içində saxlayırdılar.

Kayan qəbiləsinin qu boyunlu qadınları

Kayan qəbiləsinin gözündə qu quşu kimi uzun boyunlu qadınlar gözəl hesab olunur. Uzun boyun qadınlar üçün az qala qürur obyekti idi. Qızlar 5 yaşından boyunlarına halqa keçirirdilər. İlk vaxtlarda latun halqaların sayı 6 olurdu. Qız ərə gedənədək hər il onun boynuna halqalar əlavə olunurdu. Nəticədə, qadınlar boğazında ümumi çəkisi 9 kiloqrama bərabər halqalar daşımalı olurdular. Qəbilə inanclarına görə, belə uzun boyun qızların uğurlu nikahının təminatçısıdır. Ərinə qarşı xəyanətdə günahlandırılan zaman onun boynundakı halqaları çıxaran kişi qadınını boğa bilərdi.

Aynu xalqının tatu gülüşlü qadınları

Aynu icmasında qadınlar daha iri təbəssümə sahib olmaq üçün dodaqlarının kənarını bıçaqla kəsərdilər. Bununla da, onlar ailədə rifah içərisində yaşayacaqlarını və o dünyada da rahatlıq tapacaqlarını düşünürdülər.

Apatanis qəbiləsinin qadınlarının eybəcər tatuları

Apatanis qəbiləsinin qadınları gözəllik haqda düşünmürdülər. Əksinə, onlar öz-özünü eybəcərləşdirməklə məşğul olardılar. Qəbilə qadınları burun və qulaqlarında iri dəlik açır, üzlərinə iyrənc döymələr vurdururdular. Bununla da, onlar başqa qəbilə üzvləri tərəfindən əsir alınmaqdan sığortalanırdılar. Tatular qadınları az qala tanınmaz hala salırdı. Öz qəbilə üzvləri bunu normal qəbul edirdi.

Yao xalqının uzunsaç qızları

Çinin Huanlo kəndinin qızları 2 metrədək uzunluğu olan saç saxlayırlar. Qızlar həyatlarında yalnız bir dəfə - 16 yaşında saçlarını kəsirlər. Uzun müddət elə hesab olunurdı ki, qadının uzun saçlarını ərindən başqa heç kim görməməlidir. Əgər yad kişi qızın yaylıqdan çıxan saçlarını görsəydi, o zaman onlar 3 il müddətində birlikdə yaşamalı idilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm