Bilgi.az
Bunu da etdilər: 3D printerdə reaktiv mühərrik! – FOTOLAR+VİDEO
Avstraliyalı alim və texniklər dünyada ilk dəfə 3D printerdə reaktiv mühərrik hazırlayıblar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Monaşa universiteti "Amaero" şirkəti ilə birgə Fransa aviakosmik nəhəngi "Safran"la müqavilə imzalayıb. "Safran" bir çox reaktiv təyyarələrdə istifadə olunan (xüsusilə "Dassault Falcon 20"-də) köməkçi güc mexanizmini (qaz borulu mühərrik) təqdim edib.
Mühərrikin konstruksiyası hələ 1960-cı illərdə işlənib hazırlanıb. Ona görə də onun elektron formatda çertyoju yoxdur. Bu səbəbləri nəzərə alaraq, universitetin nəzdində fəaliyyət göstərən texnologiya mərkəzinin tədqiqatçıları mühərrikin daxili quruluşunu öyrənmək və detallarını skanerdən keçirmək üçün bir neçə ay sərf ediblər. Sonra isə onlar titan, alüminium və nikel xəlitəsindən mühərrikin 14 əsas komponentini çap ediblər. Ümumilikdə layihə 1 il çəkib. Mühərrikin çap olunması isə 30 günə başa gəlib.
Alimlər reaktiv mühərrikdən 2 nümunə hazırlayıblar. Onlardan biri Beynəlxalq Avstraliya aviaşou sərgisinə qoyulub. Digəri isə Fransaya, "Safran"a göndərilib.
Nura
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?