Yer aralandı və... – FOTOLAR+VİDEO
Bizi izləyin

Bilgi.az

Yer aralandı və... – FOTOLAR+VİDEO

Bu qorxulu hadisə Cənubi Koreyada baş verib. Səkidə hərəkət edən insanlar qəfildən yerin altına düşüblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Seul şəhərində avtobusdan düşən kişi və qadın səki ilə gedərkən, birdən yer çöküb və onlar açılan dəliyə yıxılıblar.

Nəzarət kameralarından göründüyü kimi, cütlük bir göz qırpımında gözdən itib.

Səkidə açılan dəliyin cütlüyü "udduğunu" görən şahidlər onların köməyinə qaçıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər çağırılıb. Kişi və qadın dəlikdən sağ-salamat çıxarılıb. Onlar kiçik xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Verilən məlumata görə, cütlük təmir işləri aparılan 39 mərtəbəli binanın yaxınlığından keçirmiş. Seul Şəhər Metropoliten işçiləri və geotexniklər dəliyin nə səbəbdən yarandığını araşdırır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm