Ölümə məhkum olunan ən gənc məhbus qadın – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ölümə məhkum olunan ən gənc məhbus qadın – FOTOLAR

Florida ştatının Okala şəhərində yerləşən Louell qadın həbsxanasına gətirilən Tiffani Koul və Emilia Karr əvvəllər bir-birlərini tanımırdılar. Sonra isə məhbus qadınlar bənzər həyat hekayələrini bir-biri ilə bölüşüblər. Publika.az ölüm cəzasına məhkum olan qadınların həyat hekayəsini təqdim edir.

"ABC News" telekanalının müxbiri Dayana Souyer eyni otaqda qalan qatil qadınlardan müsahibə alıb. Qadınların hər ikisi gənc yaşlarında seksual təcavüzə məruz qalıb və insan qətlində iştirak etdikləri üçün onlara ölüm cəzası verilib. İndi isə qadınlar ölüm cəzasının üzərlərindən götürülməsi uğrunda mübarizə aparırlar.

30 yaşlı Karr ABŞ-da haqqında ölüm hökmü çıxarılan ən gənc qadındır. 33 yaşlı Koul isə ölüm hökmü almış 3-cü qadındır.

Karr deyib: "Nə qədər imkanlı insanlar həbsə düşür. Amma biz pulu olmayan azsaylı insanlardanıq. Mən öz azadlığımı almaq istərdim, çünki bu ölkədə azadlıq yoxdur. Təəssüf ki, bu ölkədə bərabərlik, sadəcə olaraq, xəyaldır".

Koulun 26 yaşı olarkən o, adam oğurluğunda və Floridada ər-arvadın qətlində günahlandırılıb. Koul qətlə yetirdiyi cütlüyün qonşuluğunda yaşayıb. Koul və daha 3 kişi qarətdən sonra onların əl-qolunu bağlayaraq diri-diri basdırıblar.

Bundan sonra, Koul və onunla əlbir olan qarətçi kişilər cinayətlərini bayram kimi qeyd ediblər. Hakimin qərarı ilə qadına ölüm hökmü kəsilib.

Koulun iddiasına görə, o, sadəcə olaraq, quyunu qazmaqda kömək edib və bunun qurbanlar üçün qəbir olduğundan xəbərsiz olub. Elə bilib ki, quyu qarət olunmuş əşyaları basdırmaq və izləri ört-basdır etmək üçün nəzərdə tutulub.

Emilia Karra isə 2009-cu ildə etdiyi cinayətə görə ölüm hökmü verilib. O, sevdiyi kişi ilə əlbir olaraq elə sevgilisinin arvadını sellofanla boğub. Karr cinayəti törədərkən 8 aylıq hamilə olub. İndi isə onun 4 uşağı var, lakin Karrın övladları ilə görüşməsinə icazə yoxdur. O, qətldə iştirak etmədiyini iddia edir.

O deyib: "Günahımı sübut edəcək heç bir DNT analizi, saç və ya barmaq izi yoxdur".

Hər iki qadın eyni kamerada saxlanılır. Onlar düz 24 saat bağlı kamerada qalırlar. Karın sözlərinə görə, onun ayağı 6 ildir ki, ot örtüyünə dəymir.

Hər iki qadın televiziya vasitəsilə ölüm cəzasının əfv edilməsini xahiş edib.

Lakin hakim işlədiyi 20 il müddətdə Karrın törətdiyi cinayət kimi qəddar hala rast gəlməyib. Bu isə o deməkdir ki, onun ölüm cəzasının ləğv olunma ehtimalı azalır. Əgər Koulun ölüm cəzası ləğv olunmazsa, o, ABŞ-da ölümə məhkum olan ən gənc qadın adını alacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm