Ərəblər kral pullarını nəyə sərf edəcəklər?
Bizi izləyin

Bilgi.az

Ərəblər kral pullarını nəyə sərf edəcəklər?

Səudiyyə Ərəbistanının yeni kralı tacqoyma mərasimini qeyd etdiyi üçün ölkə vətəndaşlarına milyard dollar ayırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Salman bin Əbdüləziz əl Saud neftlə zəngin ölkədə kral seçildiyi üçün əliaçıqlıq edib. O, 33 milyard dolları əsgər, tələbə və təqaüdçülər də daxil olmaqla bütün dövlət işçilərinə paylayıb.

Kralın "Twitter" səhifəsində qeyd edilib: "Siz daha çox şeyə layiqsiniz və mən nə etsəm belə, sizin layiq olduğunuzu ödəyə bilməyəcəyəm". Onun sosial şəbəkədə yazdığı sözlər 350 min dəfə paylaşılıb.

Bu xəbərdən sevinən Səudiyyə Ərəbistanı vətəndaşları pulları yeni smartfon, bahalı saat və ekzotik səyahətlərə xərcləyəcəklərini deyiblər.

Bəzi kişilər bu pulları birinci, ikinci və üçüncü arvadla evlənməyə sərf edəcək. Bundan əlavə, pullar ədəbiyyat və idman klubları da daxil olmaqla, peşəkar cəmiyyətlərə də ayrılacaq.

Artıq Səudiyyə Ərəbistanı sakinləri bu xəbərdən sevinir. Onlar hətta sevinclərini videoya çəkərək internetdə paylaşıblar. Məsələn, sakinlərdən biri uşağının Səudiyyə Ərəbistanı milli valyutası rialı yeməsini də çəkib.

Xarici şirkətlər isə öz işçilərinə bonuslar verməyə başlayıb. Hesab olunur ki, ölkədə 3 milyondan çox insanın maaşı da qaldırılacaq.

Qeyd edək ki, keçən ay kral Abdulla 90 yaşında vəfat edib. Onun vəfatından sonra hakimiyyətə qardaşı 79 yaşlı Salman gəlib. O, hakimiyyətə gələr-gəlməz öz səxavəti ilə milyonlarla insanın sevgisini qazanıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm