Qulluqçunu tozsovuranla döyüb soyuq suda saxladı - ŞOK OLAY – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qulluqçunu tozsovuranla döyüb soyuq suda saxladı - ŞOK OLAY – FOTOLAR

Honkonq sakini indoneziyalı ev qulluqçusuna verdiyi əzab barədə xəbərlər dünya mətbuatının gündəmindən düşmür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Lo Van-tunq bu ayın əvvəlində 24 yaşlı Erviana Sulistyanqsihə yetirdiyi xəsarətlərə görə 6 il azadlıqdan məhrum edilib.

Bu hadisə Asiyadan, Yaxın və Orta Şərqdən işləmək üçün miqrasiya edənlərin qəddarlığa məruz qaldığını göstərib.

45 yaşlı Lo Van-tunq həmçinin 15 min Honkonq dolları (2000 dollar) məbləğində cərimə ödəməlidir. Qeyd edək ki, ev sahibəsi qulluqçunun ağzından yumruq vurmaqla bir neçə dişini sındırıb, tozsovuranı ağzına tıxayıb, dodaqlarını kəsib, qulluqçu yatan zaman onu xəkəndazla döyüb. Bundan əlavə, sahibə qış günündə qulluqçunu hamamda soyuq suyun altında saxlayıb.

Sulistyanqsih 2013-cü ildən etibarən evdə heç bir istirahət günü olmadan maaşsız işləyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm