Bilgi.az
Ölmək istəmirsinizsə, bunu oxuyun!
Yatağan adamlar daha çox insult qurbanı ola bilərlər.
Publika.az xəbər verir ki, məşhur "Neurology" tibb jurnalının araşdırmasına görə, yuxu saatı insan sağlamlığına ciddi təsir edir. 9 il ərzində həkimlər 60-65 yaş arası 10 minlərlə pasient üzərində tədqiqat aparıblar. Tədqiqat müddətində 346 nəfər infarkt və insultdan dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, ən az infarkt riski olan adamlar gündə 6-8 saat yatanlardır. Sutkada 8 saatdan çox yatanlarda isə insult riski 46%-dir.
8 saatdan az yatanlarda bu risk isə 18%-dir. Lakin tədqiqatçılar bunun dəqiq nə ilə əlaqədar olduğunu aydınlaşdıra bilməyiblər. Araşdırmalar göstərir ki, vaxtından əvvəl infarkt və insulta səbəb ürək tutmaları olur. Bu da qidalanma, fiziki aktivliklə əlaqəli olur.
Tədqiqatçılara görə, insan daha çox meyvə və tərəvəz, göyərti, yağsız ət, balıq, bitki yağları ilə qidalanmalı, idman etməli, gün ərzində 10 kilometrə qədər piyada gəzməli, siqaret və tütün məhsullarından, alkoqoldan uzaq olmalıdır.
Ürək-damar xəstəliklərini nəzarətdə saxlamaq üçün qan təzyiqi, qanda şəkərin və qanda lipidlərin miqdarını bilmək, onları daim tənzimləmək lazımdır.
Gülnar
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...