Aktrisanın oğurlanan paltarı tapıldı
Bizi izləyin

Bilgi.az

Aktrisanın oğurlanan paltarı tapıldı

Los-Anceles polisi Oskar mükafatı laureatı keniyalı aktrisa Lyupita Nionqonun mehmanxana nömrəsindən oğurlanmış mirvari ilə bəzədilmiş paltarını tapıb.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, aktrisa "12 il köləlikdə" filmində ən yaxşı ikinci plan qadın roluna görə aldığı "Oskar" mükafatının təqdimetmə mərasimində səhnəyə bu geyimdə çıxmışdı. Calvin Klein dizayn studiyasının xüsusi sifarişlə hazırladığı və 6 min ağ mirvari ilə bəzədilmiş geyim təxminən 150 min dollar məbləğində qiymətləndirilirdi.

Oğurlanmış paltar haqında məlumatı polisə tanınmış insanların dedi-qodusunu toplamaqla məşğul olan TMZ saytının əməkdaşları veriblər. Onlara zəng edən naməlum şəxs paltarı oğurladığını, lakin geyimdə istifadə edilən mirvarilərin saxta olduğunu gördükdən sonra onu gətirib mehmanxanaya qoyduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm