Oğru, yoxsa ruh? - Bu görüntülər hamını şoka salır - VİDEO, FOTO
Bizi izləyin

Bilgi.az

Oğru, yoxsa ruh? - Bu görüntülər hamını şoka salır - VİDEO, FOTO

Britaniyada yerləşən gecə klublarının birində müşahidə kameraları ruh görüntüləyib.

publika.Az xəbər verir ki, cümə günü klubun meneceri pilləkənlərdə sınmış stəkana rast gəlib və bəzi kölgələr görüb. Kluba oğru girməsindən şübhələnən menecer müşahidə kamerası quraşdırmağa qərar verir.

Müşahidə kamerası naməlum səbəblərdən tez-tez sönür. O, kameranı yoxlamağa başlayır. Bu zaman kameranın qeydə aldığı görüntüləri görərək şoka düşür. Çünki, məlum olur ki, kluba oğru yox, ruh giribmiş.

Güman olunur ki, görüntülənən ruh Derbinin 7-ci qrafı Ceyms Stenliyə məxsusdur. O, 1651-ci ilə, yəni, öldürülənə kimi hazırda klubun yerləşdiyi binada yaşayıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm