Qıza görə 12 min kilometr yol gələn oğlan rədd edildi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qıza görə 12 min kilometr yol gələn oğlan rədd edildi – FOTOLAR

Amerikalı yeniyetmə internetdə tanış olduğu qızı görmək üçün 12 min kilometr yol qət edib. Lakin qız tərəfindən rədd edilən oğlanın aqibəti faciəvi sonluqla bitib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pratt soyadlı 18 yaşlı amerikalı gənc oğlan internetdə tanış olduğu çinli qıza görə Ohayo ştatını tərk edərək 12 min kilometr yol qət edib.

Çinin Çjentsyan əyalətinə gələn oğlan sevdiyi qız tərəfindən sevinclə qarşılanacağını zənn edib. Lakin hər şey onun gözlədiyinin əksi olub.

Qız tərəfindən rədd edildiyi üçün o, içməyə başlayıb və nəticədə, Pratt soyuq qış günündə donmuş vəziyyətdə Tsu çayının kənarından tapılıb. Şahidlərin sözlərinə görə, Pratt çayda intihar etməyə cəhd edib. Lakin tarazlığını itirərək yerə yıxılıb və çayın kənarındaca qalıb.

Donmuş halda tapılsa da, xoşbəxtlikdən, onun həyatını xilas etmək olub. Prattın huşu özünə gəldikdə cibində pulunun olmadığını görüb. Ona görə də Pratt xəstəxananın və qaldığı mehmanxananın pulunu ödəyə bilməyib. Lakin onun nakam sevgi əhvalatını dinləyən mehmanxana meneceri Prattdan pul almamağa qərar verib.

Prattın sözlərinə görə, kilometrlərlə yolu qət edib görmək istədiyi qızın həqiqi adını bilməyib. Onu "Siaokian onlayn" adı ilə tanıyır. Pratt qızla bu ilin əvvəlindən danışmağa başlayıb. Qız ingiliscə mükəmməl danışırmış. Onun fotolarını görən oğlan "Siaokian"a aşiq olub. Qızın şəkillərinə vurulan oğlan yaşadığı Ohayo ştatını tərk edərək ona görmək qərarına gəlib.

Pratt Çinə gələnə qədər qız onun sözlərinin həqiqiliyinə şübhə edib. O, Çinə gələrək qıza zəng vurub, lakin rədd edilib. Sonra isə qızın telefonuna zəng çatmayıb. Rədd edilən Pratt bundan sonra depressiyaya düşərək, içkiyə qurşanıb. Polis qızı tapıb oğlanın başına gələnləri ona desə də, "Siaokian"ın ürəyi yumşalmayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm