Qadına hücum etdi, özü çıxılmaz vəziyyətə düşdü – FOTOLAR\VİDEO
Bizi izləyin

Bilgi.az

Qadına hücum etdi, özü çıxılmaz vəziyyətə düşdü – FOTOLAR\VİDEO

Malayziyanın videomüşahidə kameraları maraqlı bir hadisəni qeydə alıb. Belə ki, qadını qarət edən cibgir özü elə həmin qadın tərəfindən qarət olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Malayziyanın küçələrinin birində günorta saatlarında baş verib. Hicablı qadın dar küçə ilə gedərkən moped sürən bir kişi qəfil ona hücum edib. Kişi əlindəki silahla qadını hədələyərək onun cibindən pul kisəsini çıxarıb. Qadının pul kisəsini götürən qarətçi mopedinə minmədən küçənin əks tərəfinə qaçır. Çarəsiz qadın isə dərhal çıxış yolu tapır: qarətçinin qoyub getdiyi mopedə minib getmək.

Qadın özünü itirmədən cibgirin mopedinə minib ərazidən uzaqlaşır. Təşvişə düşən cibgir isə əbəs yerə qadının dalınca qaçmağa başlayır.

"Facebook" sosial şəbəkəsinə yerləşdirilən videoya bir neçə gün ərzində 40 mindən çox baxış olub. Malayziya sakinlərindən biri yazıb: "Malayziyalıların cibində heç vaxt çox pul gəzdirmədiyini nəzərə alsaq, deyə bilərəm ki, qadın udub".

Digər bir sakin yazıb: "Ədalət yerindəcə qalib gəldi".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm