Dünyanın ən qoca qadını 117 yaşını qeyd etməyə hazırlaşır
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qoca qadını 117 yaşını qeyd etməyə hazırlaşır

Adı Ginnesin rekordlar kitabına planetin ən qoca qadını kimi düşmüş Misao Okava 117 yaşını qeyd etməyə hazırlaşır.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, M.Okava 1898-ci il martın 5-də dünyaya gəlib. O, hazırda Osaka şəhərindəki ahıl insanlar üçün xüsusi pansionatda yaşayır.

Martın 4-də Osakanın meri M.Okavaya gül dəstəsi gətirərək onu doğum günü münasibətilə təbrik edib. Sonra M.Okava ailə üzvləri, o cümlədən 92 yaşlı oğlu ilə birlikdə foto çəkdirib.

Hədiyyə olaraq aldığı çiçəklərdən zövq alan M.Okava bildirib ki, o özünü çox xoşbəxt sayır və ad gününü təntənəli şəkildə qeyd etməyə hazırlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm